“Badamdarda gərginlik böyük ərazini əhatə etmir” - FHN rəsmisi
"Badamdarda sürüşmə sahəsindəki gərginlik böyük ərazini əhatə etmir"
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli AzVision.az-a bildirib ki, Badamdar sahəsinin sürüşməyə meyilli hissələri hər zaman nəzarətdə saxlanılıb.
"Ərazinin aşağı hissəsində restoran və çayxananın fəaliyyəti dayandırılıb, yol bağlanılıb. Yuxarı hissədə olan 11 evin sakinləri müvəqqəti çıxarılıb. Evlərdə heç bir dəyişiklik yoxdur. Evlər qayalıq üzərində olduğundan indiyədək sürüşmə olmayıb. Qayalığın aşağısında yumşaq suxurlar var. Altdan su getdiyi üçün süxurlar tərpənib və sürüşmə olub”, - FHN rəsmisi deyib.
T.Hüseynli bildirib ki, ərazidə işlər tam bitdikdən sonra insanların evlərinə qayıdıb-qayıtmaması barədə məlumat veriləcək.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27