“Zorakılığın öz kodları var...”
“Zorakılıq edən şəxslə niyə işləmək lazımdır? Onu cəzalandırmaq kifayət deyilmi? Bu sualı mənə dəfələrlə veriblər. Cavabım həmişə eynidir. Cəza zorakılığı dayandırır, amma onun səbəbini aradan qaldırmır. Cəzasını çəkən şəxs evə qayıdır”.
Adalet.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
“Əgər içindəki mexanizm dəyişməyibsə, onunla birlikdə zorakılıq da geri qayıdıraq davam edir. Zorakılığın öz kodları var. Uşaqlıqda öyrənilən modellər, idarə olunmayan qəzəb, kişilik və ya hökmlü olmaq haqqında yanlış təsəvvürlər, nəzarət ehtiyacı və s. Bu kodları açmadan zorakılığı həqiqətən dayandırmaq mümkün deyil. “Zorakılığın kodları” kitabımda zorakılıq törədən şəxslərlə işin metodikasını təqdim etmişəm. Çünki qadını (kişini) qorumağın ən etibarlı yolu zorakılığı mənbəyindən dayandırmaqdır.Sizcə, zorakılıq edən insan dəyişə bilərmi?”, - deyə o, sual edib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
06 Noyabr 2026 12:41
Prezident və birinci xanım Cəbrayılda
06 Noyabr 2026 12:40
Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirildi
06 Noyabr 2026 12:33
Lotereya və mərc oyunlarına alternativ vergi rejimi tətbiq ediləcək
06 Noyabr 2026 12:21
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO
06 Noyabr 2026 11:47
Zəfər Günü ilə bağlı hərbçilərin yürüşləri təşkil ediləcək
06 Noyabr 2026 11:30
FHN bayram günlərində güclənmiş rejimdə çalışacaq
06 Noyabr 2026 11:19
DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət etdi
06 Noyabr 2026 11:08


Bakı -°C

