adalet.az header logo
  • Bakı -°C
14 Oktyabr 2026 10:44
43
SİYASƏT
A- A+

Tramp artıq real olaraq Ukraynadan əlini çəkib – Politoloq 

“Rusiya və Ukrayna arasında enerji atəşkəsi elan olunmasıyla bağlı məlumatlar yayılıb. Amma tərəflər arasında ümumi atəşkəsin olması real görsənmir. Donalt Trampın Ukrayana yeni lider lazımdır deməsi onun müəyyən edəcəyi meyar deyil”. 

Bunu Adalet.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. 

Politoloqun sözlərinə görə, burda Ukrayna üzərində ciddi təsir olan Avropa ölkələridir:

“Tramp artıq real olaraq Ukraynadan əlini çəkib. Ukraynaya da silah-sursatı Avropanın pulu hesabına satırsa, burda güc və söz Avropa dövlətlərinin əlindədir. Düzdü, Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs olduğu təqdirdə seçkiyə gedəcəyini deyir. Amma mən məsələyə fərqli prizmadan baxıram, inanmıram ki, atəşkəs ola və Zelenski hakimiyyətdən gedə. Ola bilər ki, gələcəkdə bu baş versin, amma bu dəqiqə müharibəni dayandırmaq Avropa dövlətləri üçün məqbul hesab edilmir. Hətta Tramp və Zelenski razılaşsa belə Avropa dövlətləri Ukraynanı maliyyələşdirdiyi üçün son qərarı onlar verəcək. Ona görə də düşünürəm ki, Trampın bu sözlərinə ciddi reaksiya vermək olmaz. Çünki o, İran müharibəsində də fərqli fikirlər səsləndirdi, amma ortada heç nə yoxdur. Hətta deyərdim ki, İran müharibədə ciddi bir irəliləyiş də əldə edib”.

Vasif ƏLİHÜSEYN