adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
17 Mart 2020 00:28
9160
MƏMLƏKƏT

AzTV koranavirusla bağlı videoçarx hazırladı

Azərbaycan Televiziyası (AzTV) qlobal miqyasda sürətlə yayılan COVİD-19 adlı koranavirusla bağlı videoçarx hazırlayıb.

Trend xəbər verir ki, çarxda mədəniyyət xadimləri ictimaiyyətə müraciət edir, vətəndaşlarımızı yalan məlumatlara inanmamağa, panikaya uymamağa, təmizliyə və digər qaydalara riayət etməyə çağırır.

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.