adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Mart 2024 10:26
2214
ELM VƏ TƏHSİL

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib - FOTOLAR

Azərbaycan Texniki Universitetində (AzTU) universitet-sənaye əməkdaşlığının inkişafı məqsədilə yaradılan Texnologiya Transfer Ofisinin (TTO) təqdimatı keçirilib.

Təqdimatda Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadov, “Cihaz” İB-nin direktoru Fəlah Quliyev, AzTU-nun professor-müəllim heyəti, həmçinin dövlət və özəl şirkətlərin nümayəndələri iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları AzTU-da qurulan KOB Model Müəssisəsi, Mühəndis Gəliştirmə Proqramının (MGP) Emalatxanası, Texnologiya Transfer Ofisi və “Bilişim Vadisi Bakı”da görülən işlərlə tanış olublar.

Tədbirdə qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev TTO-nun əhəmiyyətindən, yaradılma zərurətindən və məqsədindən danışıb.

AzTU-nun strateji məsələlər üzrə müşaviri Şəbnəm Məmmədova TTO-nun missiyası, fəaliyyət formatı və prinsipləri barədə məlumat verib.

Daha sonra tədbir universitet-sənaye nümayəndələrinin müzakirələri, şirkətlərin bu prosesdən gözləntiləri və digər məsələlərlə bağlı çıxışlarla davam edib.

Məlumat üçün bildirək ki, TTO universitetlə sənaye arasında bilik, texnologiya və təcrübə mübadiləsini asanlaşdırmaq üçün platforma rolunu oynamağı planlaşdırır.