“Azərsun Holdinq”in təşəbbüsü ilə ilk dəfə gənclər arasında marketinq müsabiqəsi keçirilib
“Azərsun Holdinq”in təşəbbüsü ilə Azərbaycanda ilk dəfə gənclər arasında marketinq müsabiqəsi təşkil olunub. Unikal təcrübə qazandıran “Brand Boom” layihəsinin məqsədi tələbələrə məhsul yeniliyi təklifi vermək, onun marketinq mərhələlərini hazırlamaq və ən əsası, komandada iş bacarıqlarını inkişaf etdirməkdir. Bu müsabiqə eyni zamanda gənclərə innovativ düşünmə, marketinq strategiyalarını hazırlama və real layihələrlə işləmək imkanı yaradıb. Ölkəmizdə ilk dəfə təşkil olunan “Brand Boom” böyük marağa səbəb olub.
Beş mərhələdən ibarət olan layihədə tələbələr öz yenilikçi ideyalarını təqdim edib, növbəti mərhələdə layihələrinə dəstək olacaq peşəkarlarla görüş keçiriblər. Sonda isə hazır olan layihələrin təqdimatı olub və qalib komanda müəyyən edilib. Müsabiqə nəticəsində ilk yeri “TrueMUN”, ikinci yeri “BuzzMasters”, üçüncü yeri “R.A.R Crew” və “Chill Group” komandaları, özəl jüri mükafatını isə “SPARK” qazanıb
Qeyd edək ki, layihə “Azərsun Holdinq”in “Feel True”, “Coolmix” “Pure Sense” markaları ilə birgə ərsəyə gətirilib.
Gənclərin marketinq sahəsində geniş təcrübə əldə etməsini hədəfləyən “Brand Boom” layihəsi ilə bağlı ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz.
Brandboom | Tələbə Marketinq Müsabiqəsinin Detalları
Digər Xəbərlər
12 Sentyabr 2026 10:35
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
12 Sentyabr 2026 09:37
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
12 Sentyabr 2026 09:28
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
09 Sentyabr 2026 07:35


Bakı -°C

