“Azərsun Holdinq” fermerlər üçün maarifləndirici görüşlər təşkil edib
"Azərsun Holdinq" şəkər çuğunduru becərilməsinin inkişafı, fermerlərin bilik və bacarıqlarının artırılması, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi məqsədilə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin dəstəyi ilə Bərdə, Ağdam və Tərtər rayonlarında fermerlərlə silsilə maarifləndirici görüşlər təşkil edib.
Adalet.az xəbər verir ki, görüşlər çərçivəsində fermerlər şəkər çuğundurunun düzgün becərilmə texnologiyası, aqrotexniki qaydalara riayət olunması, məhsuldarlığın artırılması yolları, bitkinin qidalanma sistemi və müasir becərmə yanaşmaları barədə ətraflı məlumatlandırılıb.
Maarifləndirici görüşlərdə müvafiq sahə üzrə mütəxəssislər fermerlərlə bilik və təcrübə mübadiləsi aparıblar.
Nəticə etibarı ilə bölgələrdə şəkər çuğunduru əkininə marağın artdığı müşahidə olunub ki, bu da gələcəkdə yerli xammal bazasının möhkəmləndirilməsi və davamlı kənd təsərrüfatının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
“Azərsun Holdinq” bundan sonra da fermerlərin maarifləndirilməsi, yüksək məhsuldarlığın təmin olunması və şəkər çuğunduru istehsalının inkişafı istiqamətində dəstək tədbirlərini davam etdirəcək.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

