adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
04 Noyabr 2019 11:53
9013
MƏMLƏKƏT

“Azərsu” ASC abonentlərdən üzr istəyir

"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata əsasən Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən bu gün Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur. 

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir