“Azərkosmos” Beynəlxalq Federasiyaya üzv olub
"Azərkosmos” ASC dünyanda kosmik sahə üzrə nüfuzlu tədbirlərindən hesab olunan 69-cu "Beynəlxalq Astronavtika 2018 Konqresi”ndə təmsil olunub.
"Azərkosmos”dan Adalet.az-a verilən xəbərə görə, Beynəlxalq Astronavtika Federasiyasının təşəbbüsü ilə ildə bir dəfə keçirilən "Beynəlxalq Astronavtika 2018 Konqresi”ndə bütün dünyadan olan astronavtika üzrə alimlər, kosmik agentliklərin, beynəlxalq təşkilatların, özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 4500-dən çox nümayəndə iştirak edib.
Konqres çərçivəsində "Azərkosmos” Beynəlxalq Astronavtika Federasiyasının üzvlüyünə qəbul olunub, kosmik araşdırmalar sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə tədqiqatların aparılması imkanları əldə edib.
Həmçinin, konqresdə müxtəlif ölkələrin kosmik agentlik və qurum rəhbərləri ilə "Azərkosmos”un fəaliyyəti, xidmətləri, qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin aparılması müzakirə olunub.
Digər Xəbərlər
05 May 2024 17:01
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
05 May 2024 12:46Mehriban Əliyeva xristian icmasını TƏBRİK ETDİ
04 May 2024 14:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36