adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Noyabr 2017 14:40
22767
MƏMLƏKƏT

«AZƏRİSTİLİKTƏCHİZAT» CAMAATLA MƏZƏLƏNİR

Hər il noyabr ayının15-i Bakıda əhali böyük səbrsizliklə gözləyir. Xüsusən də havalar soyuq keçəndəinsanlar bu anları, bu məqamları hər dəqiqə düşünürlər. Çünki noyabrın 15-dən aprelin15-nə kimi mənzillərə istilik verilir. Əlbəttə, ekoloji cəhətdən «Azəristiliktəchizat»tərəfindən əhaliyə verilən bu istilik digərlərindən daha sərfəlidir. Birincisi,mənzillərdə istilmik verilərkən heç bir təhlükə gözlənilmir. İkincisi də hər hansıyanacaq istilik sistemləri kimi evi yaxşı qızdırmır. Onlar hamısı gözləniləndir.

Gözlənilməyən odurki, noyabr ayının 14-də «Azəristiliktəchizat»ınməsul əməkdaşı televiziya kanallarında çıxış edərək əhaliyə bildirdi ki,günü sabahdan, yəni noyabrın 15-dən Bakıdakı yaşayış binalarına, məktəblərə, xəstəxanalaraistilik veriləcək. Camaat da bu şad xəbəri eşidib sevincək oldu. Yəni düşündülər ki, şükür Allaha, bir gündən sonraevimizdə istilik olacaq. Noyabrın 15-i oldu, əksər binalara istilik verilmədi.16-sı başa çatdı, yenə bir səs-səmir çıxmadı. Və bu gün noyabrın17-dir. İndi dəəksər binalara istilik verilmir ki, verilmir.

Yeni Günəşli yaşayışsahəsinin «D» massivində binalara istilik verilib-verilməməsi ilə maraqlandıq. Aydınlaşdıki, massivin heç bir binasına hələ bu günəkimi istilik verilməyib. 13 nömrəli binanın sakini Cümşüd Cəfərovla evlərinə istilikverilib-verilməməsini soruşduq. O da əsəbi halda dilləndi:

- Özüm xəstə adamam,evimiz də betondandı. Evi elektrik sobasıyla qızdırmaq mümkün olmur. Cəmi 15 günelektrik sobasından istifadə eləmişik, bu cihaz 60 manat pul yazıb. İndi mən üçotaqlıevin hər mənzilində elektrik sobası işlətsəm, bu bir ayda 120 manata yaxın pul eləyir.Mənim təqaüdüm isə 150 manatdı. Uşaqlarımın isə heç biri işləmir. Soyuqladığım üçündava-dərmana bir ətək pul xərcləmişəm. Düşünürdüm ki, noyabrın 15-də evlərə istilik veriləcək vəmən də narahat olmayacağam. Amma bu gün ayın 17-dir, istilik sistemlərimiz bumbuzdur.Hərdənbir şırıltı səsi gəlir. Bu da yəqin ki, soyuq sudur. İnanmırısınız, gəlinistilik sisteminə baxın!

Biz də eləmədik tənbəllikCümşüd kişinin mənzilinə baş çəkdik. Əlimizi istilik sisteminə vurduq. Dedik kişibəlkə düz demir, gördük bumbuzdu və istilik sistemi işləmir.

On altıncı binanınsakini Nəsifə Məmmədova da istilik sistemi ilə bağlı narazılığını bildirdi:

- Oğul, mənim 75yaşım var. Evdə soyuqdan donuram. İndi adyalabürünüb oturmuşam. Nəvəm olub, onu da soyuqdan bilmirik nətəhər qoruyaq. Evdə ikielektrik sobası işlədirik. Neyləyək? Qorxuruq uşaq sətəlcam olar. Bu böyüklər nəqədər yalan danışır? O gün televizora baxıram, o idarənin böyüklərindən birininağzına çullu dovşan sığışmırdı. Deyirdi ki, ayın 15-də mənzillərə istilik veriləcək.Biz də 3 gündü gözləyirik, hələ ki, bir səs-səmir çıxmır. Utanmırlar ey, yekə kişidilər,televizorda yalan danışırlar. Biz də onların yalanlarına inanırıq. Vallah, onlarelə bil bizim kimi insanlarla məzələnirlər. Amma pul yığmaq lazım olanda səhərdənaxşama qədər qapıdan əl çəkmirlər. Qapını elə döyürlər ki, elə bil dədələrinin qapısıdır.Necə olur, qapını döyüb pul ala bilirsiniz, amma camaata istilik vermək gələndəcan-dərdi, can-haray yanaşırsınız?! Vallah, bunu Allah götürməz!..

Yeni Günəşli yaşayışsahəsinin «D» massivindəki 12, 14, 15,16, 17, 18, 19, 20, 21-ci binaların da bu günə kimi istilik verilməyib. İstilikverilməməsi ilə bağlı 12-ci binanın yaxınlığındakı qazanxanaya baş çəkdik. Qazanxanadaişləyən əməkdaşlardan biri dedi ki, qardaş, bu gedişlə biz çətin ki, yaxın günlərdəistilik verə bilək. Çünki bizə təbii qaz verilmir. Gərək qaz olsun ki, biz də istilikverək. Qazanxananın «Azəriqaz»a borcu var. Bax, səhər-səhər də yaxınlıqdakı binanınsakinləri gəlib bizi topa-tüfəngə tutur ki, niyə istilik vermirsiniz? Biz də fəhləadamıq, əlimizdən nə gəlir?! Gərək qaz olsun ki, istilk də verilsin!

«Azəristiliktəchizat»ASC-nin maaşını isə Yaşar Həsənov alır. Axı, bu günə kimi bu cəmiyyətin kimlərəsəborcu var idisə, onlar ya ödənməli idi, ya da bu quruma möhlət verilməliydi. Hansıki, dövlət tərəfindən «Azəristiliktəchizat»a yenidən istilik sistemlərinin və qazanxanalarınmüasir üslubda qurulması üçün milyonlarla vəsait ayrılıb. Belə baxanda qazanxanalarəsaslı surtədə yenidən tikilib və müasir texnika və avadanlıqla təchiz edilib. Bəsonda hörmətli Yaşar müəllim bu millətlə, bu xalqla niyə məzələnir? Onlar birincidəfə deyil, dəfələrlə əhaliyə istiliyi vaxtından gec verirlər. Amma pulunu əhalidənhəmişə alırlar.

Məsələn, ötən ildə Yeni Günəşli yaşayış sahəsinin əksər binalarına istilik dekabrın 1-2-də verilib.Üstəlik, istiliyin kəsilməsi isə həmin yaşayış sahəsindəki binada aprelin 1-də həyatakeçirilib. Yəni «Azəristiliktəchizat» sehirbazlıq eləyib əhaliyə bir ay istilikverməyib. Bayaq dediyimiz kimi isə onun pulunu əhalidən alıb.

Ümumiyyətlə, bizdəkixidmət sahələri əhaliyə bir o qədər də yüksək xidmət göstərmirlər. Yəni onlar xidmətdənçox insanlardan pul qoparmaq haqqında düşünürlər. Bir vaxtlar Bakıda «Barmek» fəaliyyətgöstərirdi. O, «Barmek»ə də bir «maşennik» - Hüseyn Arabul rəhbərlik edirdi. Ağıllarınavə ağızlarına gələn şişirdilmiş rəqəmləri yazıb əhaliyə göndərirdilər. Hətta birkomissiya yaratmışdılar və o komissiya da camaatdaın işlətmədiyi enerjinin pulunuçığırda-çığırda aldılar. O pulu verməyənlərinisə işığı kəsilirdi. Hüseyn Arabul Bakıdaelektrik şəbəkəsini yaman günə qoydu, özü dəmilyonları yığıb Türkiyəyə qaçdı!..

Onun bu «təcrübəsindən»digər xidmət sahələri də istifadə etməyə başladı. Və bu gün də həmin «tərübədən»«Azəristiliktəchizat» istifadə eləyir. Çox uzağa getməyək, elə bu sətirlərin müəllifinə55 manat borc yazıblar. Hansı ki, «Azəristiliktəchizat» Yeni Günəşliyə 4 ildir ki,istilik verir və biz də işlətdiyimiz istiliyin pullarını ödəmişik və həmin qəbzləridə saxlamışıq. Evə gələn nəzarətçi xanım deyir ki, vallah, bizdə günah yoxdur. Günahkompüterdədi. Kompüterdə nə yazılıbsa, biz də gəlib həmin pulu istəyirik. Deyirikki, ay xanım, o kompüterə də informasiyanı insanlar ötürürlər. Kompüter özbaşınanəsə yaza bilməz. Bu sözü deyəndən sonra xanım çiynini çəkdi və boynunu büküb durdu.Axı biz bütün pulları vaxtında ödəmişik. Əgər bütün pullar vaxtında ödənilibsə,məlum qurumun əməkdaşlarının müxtəlif hoqqabazlıqdan çıxmağına nə ad vermək olar?!

Düzdür, elə abonentlərvar ki, işlətdikləri istilik pulunu ödəməyiblər. Əgər bu dörd ildə o pulu kim ödəməyibsə,həmin pulun da hüquqi müstəvidə alınma yolları mövcuddur. Yəni «Azəristiliktəchizat»məhkəmə müraciət edə bilər və məhkəmədə də bu məsələ gündəmdə olar. Yoxsa, onun-bununqapısını döyməklə şiridilmiş borcları yığmaq və əhalidən tələb etmək birmənalı olaraq cinayət tərkibidir. Hələ biz onu demirik ki, mövcudqanunla «Azəristiliktəchizat» abonentlərlə müqavilə bağlamalıdır. Yəni hər iki tərəfinöz öhdəlikləri olmalıdır. Bir də görürsən ki, istilik çox zəif gəlir və bəzən dəbir neçə gün verilmir. Bu hadisələr hətta qışın oğlan çağlarında dəfələrlə təkrarlanır.Amma pula gələndə isə əhaliyə heç bir güzəşt olunmur və bu məsələlər nəzərə alınmır.

İndi qayıdaq camaatın mənzillərinə istilik verilməməsinin üzərinə. TəkYeni Günəşlidə deyil, Köhnə Günəşlidə, Əhmədlidə, Badamdarda və digər yaşayış sahələrindədə əksər binalara bu günə kimi istilik verilməyib. Əgər istilik verilməyibsə, ondayenə məsuliyyət məlum qurumun üzərinə düşür. «Azəristiliktəchizat» isə maaşını ASC-ninsədri Yaşar Həsənov alır. Halal xoşu olsun, qoy maaşı da alsın, amma işləri də görsün!Hələ nə yaxşı ki, Allahın bizə yazığı gəldiyinəgörə, havalar oktyabr ayının əvvəlində olduğu kimi çox soyuq keçmir. Yəni belə normalhavada bir az soyuğa dözmək olar. Amma vay o günə ki, havanın temperaturu 5 dərəcəyəensin, soyuqlar düşsün, bax, onda mənzillərdə yaşayan insanlar çətinliklərlə üzləşsinlər.

Hər halda, camaatümidini üzməyib. Heç olmasa beş-on günə mənzillərə istilik verilsə, bəlkə bir balacainsanlar sakitləşələr. Ancaq bu gedişlə çətin ki, Bakıdakı bütün binaları qısa zamankəsiyində istiliklə təchiz etmək mümkün olsun. Çünkr ataların belə bir məsəli var:«Acın toxdan xəbəri olmaz». Bunu müasirləşdirib bu formada da demək mümkündü: «İstiotaqda oturanın soyuq mənzildə donandan xəbəriyoxdu». Yeməkdən ümid yaxşıdı. Gəlin, bir az da gözləyək!..


Faiq QİSMƏTOĞLU