adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Dekabr 2018 14:30
8922
MƏMLƏKƏT

“Azərişıq” kommunal xidmətlərin elektron ödənişlərinə görə birinci yerdədir

"Azərişıq" ASC Azərbaycanda kommunal xidmətlərin elektron ödənişi sahəsində birinci yerdədir”.

Bunu jurnalistlərə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, təmsil etdiyi qurum bu sahədə xidmətlərini daha da təkmilləşdirir:

"Hazırda "Azərişıq"ın Android və İOS platformalarında işləyən mobil əlavəsinin təkmilləşdirilməsi gedir. Tezliklə abunəçilər bu əlavələrdən daha rahat istifadə etmək imkanı qazanacaqlar. Həmçinin yenilənmiş əlavə daha çox funksional olacaq".