adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Oktyabr 2019 15:41
65534
TEXNOLOGİYA

Azercell-in mobil klinikalarında 10 000-dən çox insan müayinə edilib

Hər il oktyabr ayınınikinci cümə axşamı "Ümumdünya Görmə Günü” kimi qeyd olunur. Bu günün təqvimdəxüsusi yer almasında məqsəd görmə zəifliyi və gözdən əlilliklə bağlı bir çoxvacib məsələlərə ictimaiyyətin diqqətini cəlb etməkdir. "Azercell Telekom” MMC özfəaliyyətində sosial layihələrə xüsusi yer ayıran, hər zaman maraqlıtəşəbbüslərlə çıxış edən bir şirkət kimi tanınır. Azercell tərəfindən 2011-ciil, iyun ayının 1-də, "Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə yaradılan "MobilGöz Klinikası” şirkətin sosial əhəmiyyətli layihələri sırasındadır. Klinikavalideyn himayəsindən məhrum uşaqlarda göz xəstəliklərinin müayinəsinintəşkilini və profilaktikasının aparılmasını həyata keçirmək məqsədiləfəaliyyətə başlasa da, aztəminatlı ailələrə, yaşlılara, qaçqın və məcburiköçkünlərə də yardım göstərir. Uşaq evlərində stomatoloji kabinetin olmamasınınəzərə alan Azercell, 2009-cu ildə yaratdığı "Mobil Diş Klinikası”nı ən müasir tibbi avadanlıqla təchizedib. Hər iki klinika fəaliyyətləri boyunca 10000-dən çox insanı müayinədən keçirib.

Xatırladaq ki,fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan və texnoloji aləmin ən sontrendlərini abunəçiləri üçün daha da əlçatan edən "Azercell Telekom” MMC cariilin iyul-avqust ayları ərzindərespublikamızın 30-a yaxın bölgəsində səfərdə olub. Layihəyə qoşulanAzercell-in "Mobil Göz” və "Mobil Diş” klinikaları bu müddət ərzində 350-dənçox insana ödənişsiz tibbi yardım göstərib.

Məlumat üçün bildirəkki, bütünmüayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə"Xəzər Qayğıkeşlik Layihəsi"İctimaiBirliyi tərəfindən həyata keçirilir.

Dahaətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesininlideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi"Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,8 milyon abunəçiAzercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğalaltında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8%təşkil edir.Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhzAzercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri,24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri,M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindənmüştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-insürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-ayaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən vəsimsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindənaparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanınmobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana SərmayəQızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.