adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Yanvar 2020 18:36
81245
TEXNOLOGİYA

Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb

2019-cu il AzercellTelekom üçün şəbəkənin modernləşdirilməsi və təkmilləşdirilməsi, eləcə də, müştəritəcrübəsinin yüksəldilməsi istiqamətində aparılmış genişmiqyaslı təşəbbüslərlə zənginoldu. Belə ki, 2018-ci ilin noyabrından 2019-cu ilin sonuna qədər Azercell ölkəboyu 4G şəbəkəsinin coğrafi əhatəsini 366% artıraraq əhali əhatəsində 120% yüksəlişənail olub. Ümumilikdə, daha keyfiyyətli, daha çox tutuma malik və yenitexnologiyaların tətbiqinə hazır şəbəkənin təqdim edilməsi məqsədilə qeydolunmuş müddət ərzində bütün ölkə üzrə toplam 1617 yeni radiobaza stansiyasıquraşdırılıb ki, onların da 1217-ni 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkiledir. Beləliklə, Azercell şirkətinin ümumi stansiya sayı 2956-ya çatdı. Şəbəkəkeyfiyyətinin yüksəldilməsi, həmçinin, istifadə həcminin də artmasına şəraityaratdı: Azercell şəbəkələri vasitəsilə ötürülən internet trafikinin həcmi 304%artdı. Xatırladaq ki, "Systemics” Avropa şirkətinin Azərbaycanda keçirdiyi müstəqilbençmarkinq testi Azercell-in ölkənin bütün bölgələrində 4G xidmətlərinin ənyüksək keyfiyyət təmin etdiyini təsdiqləyib.

Yerli bazarda lidermövqeyini qoruyan Azercell, ölkədə 5G şəbəkəsinin test rejimində istifadəyəverilməsini həyata keçirən ilk operator oldu. Hazırda 8 sayda 5G bazastansiyasını quraşdıraraq, mobil operator paytaxtın mərkəzi - FəvvarələrMeydanı və Nizami küçəsinin bir hissəsini test rejimində yeni nəsil şəbəkəsi iləəhatə etdi və yaxın gələcəkdə həmin xidmətin tam şəkildə istifadəsini təmin etməkniyyətindədir. Nəzərinizə çatdırmaq istərdik ki, 5G texnologiyası mobilİnternet təkamülünün növbəti mərhələsi olaraq, müştərilərə tamamilə yeni xidmətsəviyyəsi və imkanlar təqdim edir. Belə ki, ən yeni nəsil şəbəkəsi supersürət,inanılmaz minimal gecikmə təminatı ilə birgə, yeni sənaye sahələrinə inkişafetmiş performans, səmərəlilik və minimuma endirilmiş istehsal xərcləri kimiimkanları bəxş edəcək. Bundan əlavə, IoT texnologiyalarının (Əşyalarınİnterneti) genişləndirilməsi ehtimalını nəzərə alaraq, yeni nəsil şəbəkəsi öz-özünüidarə edən nəqliyyat vasitələri və uzaqdan idarə olunan cərrahiyə prosesinireallığa çevirəcəkdir.

Qeyd edək ki, 5G şəbəkəsinininkişaf etdirilməsi ilə yanaşı, Azercell 2020-ci ildə də ölkə sakinlərini yüksəkkeyfiyyətli mobil şəbəkə ilə təmin etmək məqsədilə regionlarda 4G şəbəkəsiningenişləndirilməsini davam etdirəcək.

Daha ətraflı məlumatüçün[email protected]ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesininlideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi"Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçiAzercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğalaltında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8%təşkil edir.Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhzAzercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri,24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri,M2M, 4Gvə test rejimində 5Gtexnologiyası, mobil və onlayn müştərixidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti"Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron dadaxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.Radio siqnallarınşəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşanbeynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən,Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilərnümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İnPeople” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.