adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Sentyabr 2019 17:44
63062
TEXNOLOGİYA

Azercell korporativ müştəriləri üçün yeni “Biznesim İnternet Xətti” xidmətini təqdim edir

"Azercell Telekom” MMC korporativ müştəriləri üçünyeni nəsil "Biznesim İnternet Xətti” xidmətini istifadəyə verib. Etibarlı və yüksək-sürətliinternet bağlantısı vasitəsilə Azercell müştərilərinə rəqəmsal dünyada özbizneslərini hər zaman onlayn saxlamağa yardım edəcək.


"Biznesim İnternet Xətti” xidməti sayəsində korporativ müştərilər internet bağlantısınıbölüşmək və ya istehlakçı trafiki ilə rəqabət aparmaq məcburiyyətindəqalmayacaq.

Şirkətin işləri daima etibarlı internet bağlantısını tələbedən veb-saytın idarə edilməsi və ya onlayn satışlar, İP üzərindən Səs (Voiceover IP) xidmətləri, bulud tətbiqləri və ya iri həcmli fayl köçürmələri ilə əlaqədardırsa,o zaman "Biznesim İnternet Xətti” xidməti ən ideal seçimə çevriləcək. Daimibağlantını təmin etmək üçün standart və şərti təhlükəsizlik seçimlərinin təklifolunduğu xidmətin bir sıra üstünlükləri var:

·Ehtiyacınız olan sürət

5Mb/s, 10Mb/s, 15Mb/s,20Mb/s, 30Mb/s, 50Mb/s və ya 100Mb/s paketlərindən korporativ müştərilər biznesləriüçün ən uyğun olanını seçə biləcək. Xidmətin xüsusi imkanı trafikin gözlənilməzyüksəlişləri zamanı ötürmə zolağını gücləndirəcək, idarəolunan portlar isə trafikinplanlaşdırılan yüksəlişi üçün hazırlığı təmin edəcək.

·Etibarlı bağlantı

24/7 rejimindəçalışan dəstək, monitorinq xidməti və ikili bağlantı sayəsində iş prosesində vacibsayılan tətbiqlər hər zaman onlayn olacaq.

·Rəqabətdən kənar xidmət

"Biznesimİnternet Xətti” xidməti çərçivəsində 100%-lik ötürmə zolağı təklif olunur. Beləki, ayrılmış simmetrik sxemlər vasitəsilə ötürmə zolağının yalnız müştəriyə məxsusolması, yükləmə sürətlərinin isə sabitliyi təmin ediləcək.

"Korporativ müştəriləmizə innovativ telekommunikasiya həlləri ilə xidmət göstərməkməqsədilə başladığımız genişmiqyaslı Şəbəkə İnteqrasiyası və Transformasiyaproqramının hal-hazırda tam mərkəzindəyik” deyə Korporativ Seqment Biznesstrukturunun rəhbəri Giorgos Chatzis qeyd edib. "Xidmətlərimizin hüdudlarını genişləndirmək,Azercell-i Azərbaycanda korporativ müştərilər üçün yeganə dayaq halına gətirməktransformasiyamızın əsas tərkib hissəsidir” - G. Chatzis vurğulayıb.

Xidmətəqoşulmaq üçün[email protected]elektron poçtünvanına müraciətinizi göndərə bilərsiniz.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri vəqeyri-neft sektorunun ən böyük vergi ödəyicisi vəsərmayəçisi AzercellTelekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğalaltında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sırayenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədənödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkəninqurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofisxidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspresofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediaüzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s.2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radiosiqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrəixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmalarınnəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasındaən yüksək göstəricilər nümayiş etdirmişdir.Azercell ölkədə və MDBməkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatınalayiq görülən yeganə şirkətdir.