adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Dekabr 2019 17:16
68196
TEXNOLOGİYA

Azercell “Ən yaxşı stend dizaynına görə” sertifikatla təltif edildi

Azercell Telekom 2019-cu ilin dekabr ayının 3-dən 6-akimi Bakı Ekspo Mərkəzində keçirilmiş "Bakutel”- Azərbaycan BeynəlxalqTelekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ciYubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində iştirakedib. "Bakutel 2019” sərgisindəbütün ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan şirkət stendi təşkilatçılartərəfindən "Ən yaxşı stend dizaynına görə” xüsusi sertifikatla təltif edilib. 

Azercell hər il olduğu kimi, bu il də mobil rabitə və telekommunikasiya sahəsininən innovativ layihələrini öz stendində sərgiləyib. 6 000-dən çox iştirakçı tərəfindənziyarət edilmiş Azercell-in ənənəvi stendində innovativ, həm biznes, həm dəasudə vaxt üçün faydalı yeniliklər təqdim edib. Xatırladaq ki, "Bakutel 2019” sərgisininkeçirildiyi dörd gün ərzində Azercell bütün sərgi iştirakçılarını stenddəkimobil telefon və böyük ekran üzərindən 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətliinternetin üstünlüyünün şahidi olmaqla ən son nəsl mobiltexnologiyanın real sürətini hiss etməyə imkan yaratdı. Bundan əlavə, 5G şəbəkəsiüzərindən 5G Multisensor, 5GKonfrans, 5G Oyunlar və digər rəqəmsal həllər yerli və beynəlxalq qonaqların testrejimində istrifadəsi üçün təqdim edildi.

Ötənay Bakının Fəvvarələr Meydanında ilk dəfə 5G sürət sınağını həyata keçirənAzercell şirkəti hazırda 5G, Süniİntellekt (Aİ) və Əşyaların İnterneti (İoT) sahəsindəki ən son texnolojinailiyyətləri yerli bazara gətirməklə, şirkətin məhsullar portfelini zənginləşdirməküzərində çalışır. Şirkətin hədəfi gələcəyin cəmiyyətini vəiqtisadiyyatını formalaşdıran texnoloji tendensiyalarla ayaqlaşmağı öndə tutaraqyüksək sürətli mobil internet və daimi bağlantını bütün abunəçilər üçün təminetməkdir.

Daha ətraflı məlumat üçün[email protected]ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ənböyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsisedilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisiüzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisiüzrə əhatə dairəsi: 99,8% təşkil edir.Ölkəyə bir sıra yenilikləriilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəməsistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masaxidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlaynmüştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektronimza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı vəAbşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Lider operator LTE şəbəkəsini gücləndirərək və genişləndirərək son birildə əhali əhatəsində 118%, coğrafi ərazi əhatə dairəsinisə 364% yüksəlişə nailolmuşdur. Radio siqnalların şəbəkəkeyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalqsistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilərnümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İnPeople” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.