Azərbaycan-Rusiya sərhədində sıxlıq yaranıb - Səbəb
Avqustun 24-dən etibarən Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük-sərhəd keçid məntəqəsində fasilələrlə nisbi sıxlıqlar yaranır.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, sıxlıqların yaranmasına səbəb Azərbaycana səyahət edən Rusiya vətəndaşlarının ölkələrindəki orta ümumtəhsil məktəblərində dərs prosesinin sentyabrın 1-də başlaması ilə əlaqədar kütləvi şəkildə geri qayıtmasıdır. Belə ki, Rusiya tərəfdəki gömrük-sərhəd keçid məntəqəsinin buraxılış potensialından dəfələrlə artıq insanın kütləvi şəkildə sərhədi keçmək istəməsi qarşı tərəfdə problemlərin yaranmasına səbəb olur.
Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaranan problemlər qarşı tərəfin əlaqədar qurumları ilə aparılan intensiv danışıqlar nəticəsində qısa zaman kəsiyində aradan qaldırılır.
Digər Xəbərlər
01 May 2024 18:37
Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirildi - FOTOLAR
01 May 2024 18:17Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 16:25İyunda ardıcıl 5 gün iş olmayacaq
01 May 2024 13:59Qonşu ölkədə qalmaqal:"15 əsgər əvvəl zəhərlənib, sonra yandırılıb, bu bədbəxt hadisə deyil"
01 May 2024 11:44