adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Mart 2016 12:46
38757
TEXNOLOGİYA

Azərbaycanlı mütəxəssis mötəbər qurumun eksperti təyin edildi

Siyasi Texnologiyalar Mərkəzinin (STM) rəhbəri, Qərb Universitetininmüəllimi Vəli Əlibəyov Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (İEERP) EkspertlərŞurasına seçilib. Mart ayının 12-də Azərbaycanlı mütəxəssis Fransada səfərdəolarkən "Burson Marsteller I et E" şirkətinin baş direktoru,IEERP-nin ekspert və nəşriyyat Şuralarının üzvü, Sorbonna Universitetininprofessoru, cənab Jan-Pyer Boduan ona üzvlüyü təsdiqləyən sertifikatı təqdim edib.İEERPqərargahı Fransanın paytaxtı Parisdə yerləşən, Avropanın aparıcı PR mütəxəssislərinintəmsil olunduqları qurumdur. Qurumun prezidenti, kommunikasiya texnologiyalarısahəsində dünyanın məşhur adlarından olan Jak Seqeladır.

Azərbaycanlı mütəxəssisin bu qurumun Ekspertlər Şurasına seçilməsiölkəmizdə bu sahənin daha da inkişaf etdirilməsi üçün zəmin yaradacaq. İlkinrazılaşmalara əsasən İEERP İctimaiyyətlə Əlaqələr sahəsində Azərbaycanda ali təhsilintəşkili sahəsində metodiki yardım göstərməyə, Azərbaycanlı tələbələrin təcrübəkeçmək üçün Parisə dəvət etməyə hazır olduğunu bildirib. Eyni zamanda, AzərbaycandaPR mütəxəssislər üçünmüxtəlif ixtisas artırma kurslarının təşkili nəzərdətutulur.