Azərbaycanlı hücumçu Latviyada qol hesabını açdı - VİDEO
Futbol üzrə Latviya çempionatında üçüncü turun oyunları keçirilib.
Oxu.Azxəbər verir ki, azərbaycanlı forvard Vüqar Əsgərovun formasını geyindiyi "Dauqavpils” klubu növbəti oyununa çıxıb.
Sözügedən kollektiv səfərdə "Tukums 2000” komandası ilə qarşılaşıb. "Dauqavpils” bu oyundan qələbə böyük hesablı qələbə ilə ayrılıb – 6:0.
Vüqar da bu oyunun iştirakçısı olub. Millimizin sabiq forvardı ikinci hissənin əvvəlində meydançaya çıxıb. O, 66-cı dəqiqədə dirəkdən qayıdan topu boş qapıya göndərməklə cari mövsümdə qol hesabını açıb.
Qeyd edək ki, üç turdan sonra üç xalı olan "Dauqavpils” turnir cədvəlində 10 kollektiv arasında altıncı sıradadır.
Digər Xəbərlər
20 Sentyabr 2024 17:19
“Qarabağ” – “Neftçi” derbisində oynamayacaq futbolçular
20 Sentyabr 2024 13:08FİDE erməni şahmatçıları "100 ilin ən yaxşı komandası" adlandırdı: MÜKAFAT
20 Sentyabr 2024 09:19Çempionlar Liqası: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
19 Sentyabr 2024 19:16Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB
19 Sentyabr 2024 14:37