25 Sentyabr 2023 16:02
1151
İDMAN

Azərbaycanlı futbolçu dopinqə görə cəzalandırıldı

I Divizionda çıxış edən “Zaqatala” klubunun futbolçusu Mahmud Məmmədov cəzalandırılıb.

Adalet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, antidopinq qaydalarını pozan oyunçu Azərbaycan Milli Antidopinq İntizam Komitəsinin (AMAİK) qərarı ilə 2 illik diskvalifikasiya olunub.

“Neftçi- 2” ilə oyun zamanı M. Məmmədovdan götürülmüş nümunələr Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən laboratoriyaya göndərilmiş və müvafiq hesabata əsasən, futbolçunun qanında qadağan edilmiş maddənin mövcudluğu aşkar edilib.

FIFA 9 fevral 2023-cü il tarixində qəbul edilmiş qərarla AMAİK-in 23 dekabr 2022-ci il tarixli qərarını tanıyıb.

Məcburi şərti kənarlaşdırma cəzası 28 iyun 2022-ci il tarixindən hesablanacaq.