Azərbaycanla oyuna 2 yeni futbolçu
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv milliyə yeni futbolçular cəlb edəcək.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da Azərbaycanın qonağı olacaq Bundestimdə debütant futbolçular da yer alacaq.
Belə ki, heyəti cümə günü açıqlayacaq Lövün siyahıya 2 yeni futbolçunun adını daxil etdiyi bildirilir. Bunlar "Leyptsiq”in hücumçusu Timo Verner və "Herta”nın müdafiəçisi Niklas Starkdı. Hər iki oyunçu Almaniyanın U-21 yığmasının üzvüdü.
Lövün açıqlayacağı heyətdə "Bavariya”nın müdafiəçisi Boatenqin da yer alacağı gözlənilir. Təcrübəli müdafiəçi zədəsi ilə əlaqədar, ötən ilin noyabrında San-Marino və İtaliya ilə keçirilmiş matçlarda yığmanın formasını geyinməmişdi.
Qeyd edək ki, Bundestim millimizlə oyunda zədəlilər - Marko Roys, Mario Götze və İlkay Gündoğanın xidmətindən istifadə edə bilməyəcək.