Azərbaycanla Monteneqro arasında siyasi məsləhətləşmələr aparıldı
3 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Monteneqro Xarici İşlər Nazirliyinin dövlət katibi Perişa Kastratoviç ilə görüşüb.
XİN-dən Adalet.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Monteneqro əməkdaşlığının hazırkı durumu və perspektivləri, ikitərəfli və çoxtərəfli səviyyələrdə münasibətlərin inkişaf etdirilməsi imkanları, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.
İki ölkə arasında əməkdaşlığın inkişafı və bu istiqamətdə mövcud potensialdan istifadə imkanlarının müzakirəsi baxımından qarşılıqlı səfər və təmasların, o cümlədən siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi, parlamentlərarası əlaqələr qeyd olunub.
Azərbaycan-Monteneqro arasında xüsusilə iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, turizm və humanitar istiqamətlər üzrə əməkdaşlığın daha da inkişafı üçün münbit şəraitin olduğu diqqətə çatdırılıb. Bu xüsusda, yaşıl enerji üzrə tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxunulub.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, demək olar ki, gündəlik əsasda vətəndaşlarımızın həyat və sağlamlıqlarına hədə törədən mina təhdidi ilə mübarizə səyləri barədə məlumatlandırıb.
Müqabil tərəf, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırılıb. Ölkəmizin təşəbbüsü ilə başlayan ikitərəfli danışıqlar nəticəsində sülh müqaviləsinin mətninin razılaşdırıldığı, lakin müqavilənin imzalanması üçün əsas əngəllərin, xüsusilə də Ermənistan konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə qarşı iddiaların qalmaqda olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Monteneqro Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Monteneqro tərəfindən isə dövlət katibi Perişa Kastratoviç rəhbərlik edib.
Digər Xəbərlər
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05


Bakı -°C

