Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Milli Bəyannamə ilə çıxış edib
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev UNESCO-nun İdarə Heyətinin 221-ci iclasında Azərbaycanın Milli Bəyannaməsi ilə çıxış edib.
Adalet.az xəbər verir ki, bu barədə nümayəndəliyin “X” səhifəsində yazılıb.
Qeyd olunub ki, Azərbaycan UNESCO-nun qlobal prioritetlərinə sadiqliyini təsdiqləyir:
“Biz davamlı inkişafı təşviq etmək üçün üzv dövlətlərlə açıq və inklüziv şəkildə işləyirik. Güclü multikulturalizm ənənəsinə söykənən Azərbaycan Bakı Prosesi və Sülh Mədəniyyəti kimi təşəbbüslər vasitəsilə qlobal dialoq və sülhün tərəfdarıdır. Təhsil milli prioritetdir. Biz olaraq inklüziv, ədalətli və keyfiyyətli təhsili inkişaf etdiririk. COP29-un ev sahibi kimi Azərbaycan qlobal iqlim gündəliyinə rəhbərlik etməyə hazırdır. Konfransa sədrlik etmək üçün seçilməyimiz iqlim liderliyimizə güclü beynəlxalq etimadı əks etdirir”.
Həmçinin bildirilib ki, mədəni irs bəşər tarixinin əvəzsiz bir hissəsidir və gələcək nəsillər üçün qorunmalıdır:
“Mədəni sərvətlərin silahlı münaqişənin dağıdıcı təsirlərindən qorunması son dərəcə vacibdir. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası və ərazilərinin 30 illik erməni hərbi işğalından azad edilməsi Cənubi Qafqazda yeni mühit yaratmışdır. Ermənistanın hərbi işğalı zamanı törədilmiş geniş dağıntılara, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur rayonlarından təxminən 750 min dinc azərbaycanlının, habelə 300 mindən çox azərbaycanlının öz tarixi və ata-baba yurdlarından məcburi köçkünə çevrilməsinə baxmayaraq. barışıq və regional inkişafa sadiq qalır”.
Digər Xəbərlər
26 Mart 2026 13:00
"Naxçıvanla nəqliyyat əlaqələrinin brəpası Orta Dəhlizin səmərəliliyini artıracaq" - Spiker
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07


Bakı -°C

