Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, başsağlığında deyilir: "Qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarənin Konya şəhərində qəzaya uğraması nəticəsində pilotun həlak olması xəbəri məni çox kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Şəhid hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".
Digər Xəbərlər
05 May 2024 17:01
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
05 May 2024 12:46Mehriban Əliyeva xristian icmasını TƏBRİK ETDİ
04 May 2024 14:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36