Azərbaycanın ilk qadın maşinistini tanıyın - FOTO
"İlk maşinist qadın olduğum üçün sevincliyəm”.
Adalet.az-ın oxu.az-a istinadən xəbərinə görə, bu sözləri ilk qadın maşinist Günay Həbibli deyib. Onun sözlərinə görə, 2016-cı ildən metronun Memar Əcəmi stansiyasında qatarları qəbul edib yola salırdı: "Maşinistlərin işə qəbulu ilə bağlı elanı gördüm. Özümü sınamaq üçün sənədlərimi hazırlayıb müraciət etdim.10 qadın maşinist namizəd arasından seçildim. Bu, mənim üçün böyük uğurdur.
Artıq aprel ayından etibarən maşinist olaraq çalışıram. Düşünürəm ki, bu böyük məsuliyyətdir. Gün ərzində metrodan minlərlə sərnişin istifadə edir və biz onların qatarlarda təhlükəsiz şəkildə aparılmasına cavabdehik. İşimi sevirəm və həvəslə görürəm. Bəlkə də ona görədir ki, bu iş mənim üçün heç də çətin deyil”.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27