adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Aprel 2020 18:10
9964
GÜNDƏM

Azərbaycanın Gürcüstandakı səfirliyi regiona humanitar yardım çatdırıb

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Kaxeti regionuna səfəri zamanı vilayət administrasiyasına 200 ərzaq paketi təhvil verib.

Adalet.az-ın məlumatına görə, həmin paketlər Kaxetinin sosial həssas ailələrinə veriləcək.

Səfiri qəbul edən qubernator İrakli Kadagişvili bu addımına görə D.Həsənova, Azərbaycan xalqına və Azərbaycan Biznes Assosiasiyasına təşəkkürünü bildirib.

Qeyd edək ki, aprelin 9-da Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuliyə, aprelin 10-da Bolnisiyə, aprelin 11-də də Rustavi və Qardabaniyə humanitar yardım çatdırmışdı.