adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Mart 2019 17:06
12628
MƏMLƏKƏT

Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu!

AzerbaijanPublic Speaking Competition (APSC) dünya təcrübəsini tətbiq edərək Azərbaycandagələcək liderləri, natiqləri yetişdirən platformadır.

APSCBritaniyanın 100 ildən artıq təcrübəyə malik ESU "The English-Speaking Union” təşkilatınıntanınan tərəfdaşıdır. Əməkdaşlıq çərçivəsində, qalib olan şəxslər beynəlxalqyarışmada iştirak üçün hər il Londona səyahət edirlər.

Dünyanın ənböyük natiqlik yarışmasını həyata keçirən "The English-Speaking Union” təşkilatınıntərəfdaşı olan "Azerbaijan Public Speaking Competition” öz fəaliyyətini uğurladavam etdirir. Bugünə kimi bir çox natiqlik yarışması və öyrədici layihələr həyatakeçirən Platforma gənclərlə bağlı müxtəlif təşəbbüsləri fəal dəstəkləyən "Gilan Holdinq”in sponsorluğu ilə 16 mart,2019-cu il tarixində ölkənin Gənc Natiqlər Konfransını həyata keçirib.

Konfransın əsasməqsədi ölkənin ən yaxşı gənc natiqlərini bir araya toplamaq və onların öz fikirləriniifadə etmələrinə şərait yaratmaq olub. Həmçinin, peşəkar, beynəlxalq natiqləriniştirakı ilə həyata keçirilən panel sessiyası müzakirələri ilə gənclərə 21-ci əsrintələbi - natiqliyin karyera, şəxsi brendinq, biznes kimi müxtəlif sahələrdəkiimkanlarını çatdırmaq olub.

Konfransda10 natiqin "Gələcəyi təxmin etməyin ənyaxşı yolu onu kəşf etməkdir!” mövzusu ətrafındakı çıxışları hər kəs tərəfindənmaraqla qarşılanıb və münsiflər heyəti tərəfindən qiymətləndirilib. Azərbaycanınən yaxşı 3 natiqi müəyyən olunub:

1-ci yer:Adil Qafarlı - Bakı Mühəndislik Universiteti

2-ci yer:Vaqif Qasımov - Bakı-Oksford Məktəbi

3-cü yer:Lamiyə Hüseyn - "Dünya” Məktəbi

Yarışmanınqalibi Adil Qafarlı Azərbaycanı təmsil etmək hüququ qazanıb və 13-17 May,2019-cu il tarixində Londona yola düşərək 54 ölkənin nümayəndəsi ilə yarışaraqdünyanın ən yaxşı natiqi olmaq uğrunda mübarizə aparacaq.

Tədbirdə, həmçinin,"Natiqliyin biznes və şəxsi brendinqdə əhəmiyyəti” mövzusu altında panelsessiyası həyata keçirilib. Panel iştirakçıları natiqlik üzrə beynəlxalq təlimçi Rəşad Bayramov, "100Business Women of Azerbaijan” təşkilatının sədri Tatyana Mikayılova və PwCAzərbaycan şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri AyselSüleymanova olub.

Qeyd edəkki, eyni zamanda, APSC Amerika Birləşmiş Ştatlarının PSA "Public SpeakersAssociation” təşkilatı ilə əməkdaşlıq edir. Hər il müxtəlif ölkələrdə baş tutan"Beynəlxalq Natiqlər Konfransı” dünyanın hər yerindən korporativ işçiləri, şirkətrəhbərlərini, natiqləri, biznes liderlərini bir araya gətirir. Konfransda Azərbaycandanseçilən şəxslər iştirak edirlər.

Media tərəfdaşlarımız- "Trend” İnformasiya Agentliyi və "MAG” verlişi, gənclərin intellektual və peşəkarinkişafı üçün nəzərdə tutulmuş müxtəlif layihə və tədbirlərin keçirilməsinədaima dəstək və diqqət ayıran "Gilan Holdinq”-ə təşəkkürümüzü bildiririk!