adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 Avqust 2019 15:37
15571
SİYASƏT

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub

Prezident Vladimir Putinin Fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının "Dostluq” ordeni ilə təltif olunub.

Adalet.az-ın məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidenti bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə layiq görülüb.