Azərbaycandan İrana hücum? - Pezeşkian rədd etdi

Prezident Məsud Pezeşkian Azərbaycan Respublikasından İrana hava hücumu edildiyini qəbul etmir.
Adalet.az xəbər verir ki, bunu Təbrizin İran parlamentindəki nümayəndəsi Əlirza Novin deyib.
“Prezident Məsud Pezeşkianın Təbrizə son səfəri zamanı onunla görüşümdə ölkənin şimal-qərbinin müdafiəsinin gücləndirilməsinin vacibliyini vurğuladım. Azərbaycan Respublikasından hücumların qeyri-rəsmi sübutlarına baxmayaraq, prezident bunu qəbul etmədi”, - millət vəkili bildirib.
Əlirza vurğulayıb ki, Pezeşkian qarşısında Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan və Kürdüstan əyalətlərində müdafiə infrastrukturunun gücləndirilməsi barədə məsələ qaldırıb.
Qeyd edək ki, Əlirza Novinin keçirdiyi bu mətbuat konfransı və Azərbaycandan İrana hücumlar barədə cəfəng iddialarından bir gün sonra Şərqi Azərbaycan əyalətinin Nümayəndələr Məclisinin iclası baş tutub və Əlirza Novin Nümyəndələr Məclisinin sədrliyindən çıxarılaraq onun yerinə Əhər və Heris şəhərlərinin millət vəkili Beytullah Abdullahi seçilib.
Xatırladaq ki, 12 günlük müharibə zamanı guya İsrail PUA-larının Azərbaycandan qalxaraq, İrana zərbə endirməsi haqda bəzi iranlı ekspertlərin səsləndirdiyi iddialarla bağlı heç bir sübut təqdim edilməyib. Azərbaycan isə bu cəfəng iddiaları tamamilə rədd edib və Azərbaycan ərazisinin 3-cü ölkələrə qarşı heç vaxt istifadə edilmədiyini və edilməyəcəyini bir daha bəyan edib.
Digər Xəbərlər

ABŞ və Aİ xarici turistlər üçün viza qiymətlərini kəskin qaldırır

Hakan Fidan: Qruplaşmalar Suriyanı bölməyə çalışsa, müdaxilə edəcəyik

Demokratiyanın beşiyində jurnalistlər qara siyahıda

Böyük Britaniya Rusiyanın daha 134 gəmisinə saksiya tədbiq etdi

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 221 nəfərə çatıb

Rusiya Ali Məhkəməsinin sədri vəfat edib

Əraqçi: İran uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək
