Azərbaycandan dollar çıxaran türklər tutuldu
Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycandan Gürcüstana "Mersedes Benz travego" markalı avtobusla gedən Türkiyə Respublikasının iki vətəndaşının üzərində "Sınıq Körpü" gömrük postunda şəxsi yoxlama aparılıb.
Baxışdan öncə, həmin şəxslərdən biri üzərində gömrük orqanına bəyan edilməli hər hansı malın olmadığını, digəri isə üzərində 1000 Türkiyə lirəsinin olduğunu bildirib.
Lakin yoxlama zamanı hər iki şəxsin üzərində gömrük nəzarətindən gizlədilən cəmi 40.000 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
02 May 2024 10:13
İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA
01 May 2024 09:46Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44