Azərbaycandan ABŞ-a əməkdaşlıq təklifi
Kənd kəsərrüatı nazirinin müavini İlham Quliyev ABŞ-ın Nyu-Meksiko ştatının senatoru Meri Kei Papen və həmin ştatdan olan bir qrup iş adamından ibarət nümayəndə heyəti ilə görüşüb. KTN-dən verilən məlumata görə, görüşün məqsədi Nyu Meksiko ştatı ilə Azərbaycan arasında kənd təsərüfatı sahəsində əməkdaşlığın inkişafı, eləcə də ticarət əlaqələrinin təşviqi üçün mövcud imkanlar barədə müzakirələrin aparılmasından ibarət olub. Nazir müavini Nyu-Meksika ştatı ilə Azərbaycan arasında sıx əlaqələr olduğunu, o cümlədən sözü gedən ştat arasında Xocalı qətliamı haqqında, ölkəmizdə yaradılmış tolerantlıq mühitini təqdir edən qətnamələrin qəbul edilməsində senator xanım Meri Kei Papenin böyük rolu olduğunu diqqətə çatdırıb və təşəkkürünü bildirib. Nazir müavini Azərbaycanla ABŞ arasında kənd təsərrüfatı sahəsində əlaqələri yüksək qiymətləndirərək, baytarlıq sahəsində regionlarda ən müasir tələblərə cavab verən baytarlıq laboratoriyalarının yenidən qurulmasına dəstək verdiyinə görə ABŞ hökümətinə minnətdarlığını bildirib. İlham Quliyev Azərbaycanda kənd təsəsrrüfatının inkişafı üçün əlverişli investisiya mühitinin olduğunu və ABŞ-ın iş adamları ilə Azərbaycanın iş adamları arasında görüşlərin keçirilməsini təqdirəlaiq hesab edib, ekoloji təmiz meyvə və bostan məhsulları istehsalı sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi, müasir suvarma texnologiyalarının tətbiqi sahəsində layihələrin həyata keçirilməsi, şərabçılıq və üzümçülük sahəsində təcrübə mübadiləsinin aparılmasına dair təklifləri nəzərə çatdırıb.
Digər Xəbərlər
27 Aprel 2024 17:39
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel 2024 16:06Dəniz piyadaları və xüsusi təyinatlıların təlimindən - VİDEO
27 Aprel 2024 15:00İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI
27 Aprel 2024 14:48Prezidentdən iqtisadiyyat və maliyyə nazirlərləri ilə bağlı SƏRƏNCAM
27 Aprel 2024 13:27