Azərbaycanda vərəmli xəstələrin sayı açıqlanıb
"Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycanın statistikasına əsasən, ölkədə ən çox vərəmlə xəstələnənlər 25-44 yaş arasında olan insanlardır. Bu xəstələrin arasında kişilər üstünlük təşkil edir”.
Adalet.az-ın xəbərinə görə, bunu Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun (ETACXİ) elm üzrə direktor müavini İradə Axundova deyib.
Onun sözlərinə görə, hər il qeydiyyatda olan xəstələrin sayı 8500-9000 arasında dəyişir. Ötən il vərəmə ilkin yoluxan xəstələrin sayının isə 3500-ə qədər olduğunu deyən İ. Axundova əlavə edib ki, onların 3-4 faizini uşaqlar təşkil edir. Ölüm hallarına gəlincə, direktor müavini vurğulayıb ki, müvafiq göstərici hər 100 min əhaliyə 3,8 nəfər təşkil edir: "Halbuki bu rəqəm 2015-ci ildə 4,2 nəfər idi. Vərəmin yaranmasına vərəm mikobakteriyası səbəb olur. Vərəm infeksion xəstəlik olduğundan yalnız xəstə insandan hava-damcı yolu ilə sağlam insana ötürülərək yoluxma əmələ gətirir, bundan sonra xəstəlik yaradır. 2016-cı il üçün ilkin vərəmlə xəstələnən insanların sağalma faizi 83 olub. Bununla da ÜST-nin qoyduğu 85 faiz həddinə çatırıq. Hazırda 918 xəstə müalicəni davam etdirir. Onların arasında müalicə effektivliyi 69 faizdir”.
İ. Axundova qeyd edib ki, 2010-2016-cı illər ərzində uşaqlar arasında vərəmə yoluxma, vərəmdən ölüm hallarının sayında azalma müşahidə edilir. Direktor müavini vurğulayıb ki, son illər vərəmə yoluxanların yaşının artdığını müşahidə edilir: "Yəni, xəstəlikdə cavanlaşma yox, yaşlaşma tendensiyası nəzərə çarpır. Şəkərli diabet, mədə və on iki barmaq bağırsağının xorası, bronxial astma və hormonla müalicə olunmalı xəstəlik buna təsir göstərir. Yəni, immuniteti zəiflədən xəstəliklər orqanizmin vərəmə yoluxma riskini artırmış olur. Son illər ərzində şimal bölgəsində vərəmlə xəstələnmə daha çox müşahidə olunur. Bunu da həmin ərazilərin sərhədə yaxın olması ilə əlaqələndiririk”.
Digər Xəbərlər
02 May 2024 10:13
İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA
01 May 2024 09:46Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44