Azərbaycanda vəkillərin sayı 1100 nəfəri keçəcək
"May ayının sonuna qədər tədrisi uğurla keçmiş 100 nəfər vəkilliyə namizədin and içməsi keçiriləcək".
Adalet.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov deyib.
Sədr bildirib ki, planlarımız həyata keçərsə, mayın sonunadək Azərbaycanda vəkillərin sayı 1100 nəfəri keçəcək.
"Beləliklə, keçən illə müqayisədə vəkillərin sayı 20 faiz çox olacaq. Vəkilliyə namizdələrin birinci andiçməsindən sonra qəbul olunan namizədlərin hamısı müvafiq vəkil qurumlarına göndərilib. Bunlar tək Bakı şəhərinə deyil, eyni zamanda ölkəmizin müxtəlif regionlarında da fəaliyyət göstərəcək. Nəticə etibari ilə Bakı şəhərində fəaliyyət göstərən 17 Hüquq Məsləhətxanası, hüquq bürosunda vəkillərin sayı artmaq üzrədir".
A.Bağırov qeyd edib ki, regionlarda da vəkillərin sayında artım var: "Məsələn, birinci andiçməyə qədər Şəki şəhərindən 3 vəkil fəaliyyət göstərirdirsə, hazırda onların sayı 8-ə çatıb. Bu, böyük uğurdur. Təbii ki, bu rəqəmlər artacaq, bu son deyil".(azvision.az)
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52