Azərbaycanda uşaqlar arasında xəstəlik yayılıb
Fəsil dəyişikliyinə görə soyuqdəymə əlamətlərilə həkimə müraciət edən xəstələrin sayı artıb.
Bunu ölkənin baş pediatri Nəsib Quliyev deyib. O qeyd edib ki, yay fəslində uşaqlar arasında bağırsaq pozğunluqlarına tez-tez rast gəlinib, payızda isə qripə yoluxan, soyuqdəymə əlamətləri olan uşaqların sayı çoxalıb.
Baş pediatr vurğulayıb ki, hazırda ölkədə epidemiya və kütləvi zəhərlənmə təhlükəsi yoxdur: "Məktəblərin açılması, uşaqların bağçalara getməsi, havaların soyulması ilə bağlı uşaqların səhhətlərində mövsümü problemlər ortaya çıxır. Soyuqdəymə xəstəliklərin sayı yay fəsli ilə müqayisədə artıb. Amma bizdə epidemiya, ciddi problem yoxdur. Hər il olduğu kimi uşaqların kollektivlərdə cəmləşməsilə virusla yoluxan uşağın digər uşaqları xəstələndirməsi ehtimalı çox olur. Digər tərəfdən valideynlər uşaqlarını düzgün geyindirmirlər. Ailələrdə hər kəs tələb olunan səviyyədə uşaqlara diqqət göstərmir”.
N.Quliyev bildirib ki, valideynlərin övladlarına laqeyd münasibəti uşaqların xəstələnməsinə təsir edir. "Həm tibb işçiləri, həm məktəb müəllimləri, həm bağça çalışanları diqqətli olmalıdır. Uşaqda soyuqdəymə varsa, qripə yoluxubsa, onu məktəbə və bağçaya buraxmaq olmaz. Bu, birinci növbədə uşağın özünə ziyandır, ikinci növbədə digər uşaqları xəstələndirə bilər. Xəstə uşaq evdə qalmalı və ya xəstəxanada müalicəsini almalıdır”.
Digər Xəbərlər
03 May 2024 16:07
Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15