Azərbaycanda qızıl hasilatı artır
Azərbaycanda qızıl istehsalçısı olan "Anglo-Asian Mining” (AAM) şirkəti 2017-ci ildə 72 min unsiya qızıl hasil etmək niyyətindədir.
Bu barədə şirkətin baş direktoru Reza Vəziri deyib. Onun sözlərinə görə, şirkət 2016-ci ildə 65 min unsiyadan çox qızıl hasil edib.
Baş direktor bildirib ki, 2016-cı ilin yekunlarına görə, düzgün siyasətin nəticəsi olaraq şirkət yenidən gəlir əldə edib.
Onun sözlərinə görə, bir unsiya qızılın hasili üçün xərc 2015-ci ildə 858 dollar təşkil edirdisə, 2016-ci ildə bu göstərici 616 dollar təşkil edib.
Şirkətin gəliri vergitutmadan əvvəl 6,8 milyon dollar təşkil edib, ümumi borcu isə 14 milyon dollar azalaraq 35 milyon dollar təşkil edib, deyə Reza Vəziri bildirib. (Trend)
Digər Xəbərlər
02 May 2024 09:43
Bu günə olan valyuta məzənnələri
30 Aprel 2024 13:51Azərbaycana gələn turistlər bu rayonlara üz tutur - AÇIQLAMA
30 Aprel 2024 12:52“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
30 Aprel 2024 10:56Dünya bazarlarında neft ucuzlaşdı
29 Aprel 2024 18:17