Azərbaycanda qəfəsdə saxlanılan ayılar Britaniyaya aparıldı - VİDEO

Azərbaycanda qəfəsdə saxlanılan Benji və Balu adlı ayılar Böyük Britaniyaya aparılıb.
Adalet.az xəbər verir ki, bu barədə məlumatı “Wildheart Animal Sanctuary” adlı heyvan müdafiə təşkilatı yayıb.
Bildirilib ki, onlar Azərbaycanda bir restoranda dar qəfəsdə səfalət içində yaşayıblar. Ac və ciddi xəsarətlərdən əziyyət çəkən bu ayılar müştəriləri cəlb etmək üçün orada saxlanılıbmış.
Benji və Balunun Azərbaycandan avtomobil, dəmir yolu və ya dəniz yolu ilə daşınmasının çətin olduğu qeyd olunub. Buna görə də tranzit vaxtı minimuma endirmək üçün ən yaxşı həll birbaşa Böyük Britaniyaya uçuşu təmin etmək olub.
Belə ki, Avropanın bütün yükdaşımaları üzrə aparıcı aviaşirkəti “Cargolux” bu prosesə sponsorluq etməyə razılıq verib və ayılar ölkəmizdən Britaniyanın Uayt adasına göndərilib.
Qeyd edək ki, təşkilat Benji və Balu üçün 150 000 funt sterlinq (343 691 manat) ianə toplayıb.
Ayıların Azərbaycanda hansı restoranda saxlanılması barədə isə məlumat yoxdur.
Digər Xəbərlər

Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian...

Qadınlar üçün 4 ideal yay ətiri

Azərbaycanda bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? - VİDEO

Dünyanın məglubedilməz ölkələri: Türkiyə ilk onluqda

Paşinyandan şok: "II Qaregin gəlsin, sübut edim ki, sünnətli deyiləm"

SSRİ-də taksilər: Stalin hökumət limuzinlərini niyə taksiyə çevirmişdi?

Egeydən Aralıq dənizinə: Türkiyənin su altı dünyasına səyahət - FOTOLAR
