adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Sentyabr 2018 16:28
51850
GÜNDƏM

Azərbaycanda peyda olan qara plaşlı manyak – Heç kim onu tuta bilmir

Ayxan Ayvaz yazır... 

Maraqlı ölkə olduğumuzun hər dəfə şahidi oluruq. Bəlkədə bizim roman yazmağa, film çəkməyə ehtiyacımız yoxdur. Ölkəmizin özü hər dəfəmaraqlı bir roman yazır, gözəl bir filmi ekranlara daşıyır.

Təzə birmanyak peyda olub. Bəlkə də manyaklar. Ölkənin dörd tərəfindən xəbərlər gəlir.İsmayıllıdan, Cəlilabaddan, Bərdədən...

"Yaradıcımanyak” ifadəsi nə qədər doğrudur, bilmirəm. Amma bu zəhmətkeşlər həqiqətən dəqəribə hərəkətləri ilə "iş yoldaş”larından fərqlənirlər.

Məsələn,biri qadınların alt paltarlarını oğurlayırmış.

İsmayıllıdaolub hadisə.

Camaat təşvişədüşüb. Manyakı tutmaq üçün səfərbər olanda qəbiristanlıqdan qadınların altpaltarları bayraq tək sallanıb. Qəribə mənzərədir, elə deyilmi? Elə bilKusturitsanın filmidir.

Bu manyakınbaşı qaçıb nədir? Qardaş, oğrusansa, gir evə, qızıl götür, televizoru,komputeri qoltuğuna vur. Qadının alt paltarı nəyinə lazımdır? Hələ bunu qəbirlərinüzərinə qoyub əkilmək hardan çıxdı? Nə demək istəyirsən? İndi oxuduğumuzromanları, baxdığımız filmləri analiz eləməyi bir kənara qoyub əlimizi çənəmizədayaq edib sənin hərəkətinin sosioloji, psixoloji, fəlsəfi qatlarını araşdıraq?

Niyəbaşımızın qarışıq vaxtı özündən hoqqa çıxarırsan? Bəlkə sən də gənc yazarsan?Gündəmə gəlmək üçün dəridən-qabıqdan çıxırsan. Onsuz da kitabın oxunmayacaq,havayı yerə qadınların alt paltarını qaçırdıb qəbir daşlarının üstünə atma.

İlahi,düşünürəm, düşünürəm, bu manyakın fəlsəfəsini çözə bilmirəm. Bəlkə bu onunuşaqlıq yaddaşındakı bir uçurumdur? Nə bilmək olar? Ola bilsin, bu hoqqalarısırf bir nəfər üçün edir.

Heç nə də...İşə düşmüşük. İndi o adam bunun işarələrini başa düşənə qədər qəbir üstündənqadın paltarlarını yığacağıq.

Hələ birivar, o bundan da betərdi. Gecənin tünd yarısı girib evə, yeniyetmə bir qızın əlindəntutub. Qızı təsəvvür edin indi. Qaranlıqda ürəyi gedib. Buna su verib ayıldanaqədər manyak qardaş aradan çıxıb. İncəvara, onu görən də olub. Xanım qızımızınxəyalındakı kimi ağ atlı oğlan deyilmiş. Ağ atlı nəydi e? İndi hansı qız ağatlı oğlan axtarar? Allah haqqı, mənim də başım qaçıb. Seriallardakı yaraşıqlıoğlanlardan birini xəyal edirmiş bəlkə də qız. Xəyalları suya düşüb.Manakımızın təsviri: uzun qara plaşlı kölgə adam. Yaxşı bir detektiv süjetçıxarmaq olar. Çingiz Abdullayevin Allahı verdi.

Alt paltarlarıoğurlayanla bunun yüz faiz əlaqəsi var. Bizim ölkədə də bir Behzat Ç yoxdu ki,araşdırsın. Məcburam özüm hadisələri muncuq kimi yan-yana düzüb manyakı tapım.Bu yazının axırında manyakı tapacağımızı zənn edirsinizə, yanılırsınız. Gəlin, əl-ələverib manyakı birgə axtaraq. Nolar oxucu olanda? Elə sizin işiniz ancaq yazıoxumaqdı? Bir yaralı barmağa müalicəvi münasibətiniz yoxdur?

Deməli, birmanyak qadınların alt paltarını qaçırır, o biri Romeo kimi romantikcəsinəqızların əllərindən tutur.

İkisinibildik. Yüz faiz, elə bir adamdırlar. İnanın, bu səydərəş hərəkət yalnız biradamın ağlına gələ bilər.

Deməli,manyak bir adamdı. Çünki görənlərin təsviri eynidir. Qara plaşlı adam. Hələ buevləri də daşlayırmış. Burda yenilikçi deyil. Uşaqlar da bunu eləyir, mollalarda. Məncə, təzə metod tapsın. O manyakı göndərək Həccə, şeytanları daşlasın. Bəlkəbelə xeyri dəyər bizə. Görünür, şeytan ona atılan daşlardan məharətlə sıyrılıbkənd evlərinə doluşub. Bəlkə o manyak Məkkədən bu yana şeytanın dalınca düşüb?

Bir nəfər dəyazıb ki, manyak İsmayıllının Qubaxəlilili kəndindədir, srağagün inəklərin əmcəyinikəsib. Sonra da paltarları töküb küçəyə. Hadisəni danışan dostumuz manyakı bucür təsvir edib: "Saçlı eybəcər şeydi”. Bir-iki ürəkli adam üstünə cumub, tutabilməyiblər. Manyak sən demə, qaçış üzrə rekord qırıbmış. Hüseyn Bolt olmasınbu? Hələ inəklərdən nə istəyirsən, zalım balası? İnəyin südü burnundan gəlsin!

Manyakındaha bir xüsusiyyəti: paltarları eşələyir, səpələyir evə və çıxıb gedir. Qəfilqaçdığı yerdə tutub yaxasından soruşsalar: "Yoldaş manyak, nəyə görə paltarlarıqarışdırırsan?” Cavab verə: "Uşaq vaxtı paltarları qarışdıranda atam mənidöyürdü” Yenə bir sual: "Bu paltarları kim geyinəcək bəs? Qardaşmı olacaq,yadmı olacaq? Bəlkə ən yaxşı donunu geyinəcək olan qadın o donu tapa bilməyəcək?”



Bu yerdəsual verən qardaşın sözünü kəsib manyaka üzümü tuturam.

Əziz manyakqardaş! Bu qədər maraqlı, özünəməxsus, fərqli tərzini nəyə görə boş şeylərə xərcləyirsən?Otur bir yerdə detektiv roman yaz. Sənin Elxan Elatlıdan nə əksiyin? Qəşəngəcənəyaz, çap elə, məşhurlaş. Biz də düşək sənin arxanca, müsahibə eləyək, çörəkpulumuzu qazanaq.

BONUS: Manyak bu yazını oxuyacaqsa, indidən xəbərdarlıqedim: bizim birotaqlı evdə mən heç özümü tapa bilmirəm, birdən işdi-şayət evəgirmək istəsə, yanlışlıqla mənim əlimi tutsa... Bu hissəni saxlayaq gələnbölümlərimizə...