Azərbaycanda körpələrə belə əcaib adlar qoymaq istədilər - Rəsmi
Avqust ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 48 müraciətə baxılıb.
Adalet.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 22 adın körpələrə qoyulması tövsiyə edilməyib və valideynlərin həmin adları övladlarına qoymaq cəhdlərinin qarşısı alınıb:
"Xanna, Lina, Mamabikə, Dua, Marel, Yanık, Yamel, Nanoş, Ofa, Nüyvər, Oyat, Nüzhəc, Süngüs, Tuqa, Vergili, Memed, Postaçı, Seçki, Səlo, Seva, Kayral, və Yubuğ adlarının qoyulmasına müsbət cavab verilməyib. Ümumiyyətlə, bu adların uşaqlara qoyulması qadağan edilib".
Digər Xəbərlər
05 May 2024 17:29
Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03