Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası
Azərbaycanda koronavirusa yoluxanların 56.3 faizi Bakının payına düşür.
Adalet.az-ın məlumatına görə, yoluxmanın 6.7 faizi Gəncə-Qazax, 16.1 faizi Abşeron yarımadası, 9.4 faizi Aran zonası, 4.5 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 0.8 faizi xaricdən gələnlərdir.
Hazırda ölkə üzrə yoluxma hallarının 1.5 faizi Şəki-Zaqatala, 1.9 faizi Quba-Xaçmaz, 1 faizi Yuxarı Qarabağ bölgəsində, 1,7 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Naxçıvanda yoluxma 0 faizdir.
Qeyd edək ki, ölkə ərazisində indiyə qədər 766 179 test aparılıb. Aktiv xəstə sayı 3 493 nəfərdir, onlardan 263 nəfər reanimasiyadadır, 58 nəfər isə süni tənəffüs aparatına qoşulub.
Digər Xəbərlər
05 May 2024 15:30
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
04 May 2024 15:56Bakıda “2-ci Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi praktik konfrans keçirilir
03 May 2024 16:07Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18