adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 May 2020 09:30
15466
GÜNDƏM

Azərbaycanda kazinolar açılacaq? - SORĞU

Millət vəkiliQüdrət Həsənquliyev Azərbaycanda turizmin inkişafı üçün regionlardakazinoların yaradılmasının labüd olduğunu bildirib. Bu məsələyə müxtəlifyanaşmalar var.

Mehman Cavadoğlu hesab edir ki, insan qazandığı pulu xərcləmək məsələsindəazaddır. Kazinaloranın olmamasına görə dövlət olaraq həm pullardan, həm dəturistlərdən məhrum oluruq:



"Turistlər getdiyi yerlərdə müxtəlif əyləncə vasitələri axtarır.Kazino da bu sıradandır. Turizmi inkişaf etdirmək istəyirsəksə öncə qiymətlərbarədə düşünməliyik. Turizmi bizim ölkədədaha çox orta və az gəlirli təbəqəyə əsaslandırmalıyıq. Elitar turizm üçün mərhələlazımdır ki, dünyanın bir çox ölkələri bu mərhələni çoxdan keçib. Elitarturizmdə rəqabət bizə çətin olar. Qüdrət Həsənquliyevin bir çox fikirləriylərazılaşmasam da bu fikrini dəstəkləyirəm. Bu turistləri cəlb edəcək. Kazinolarda digər obyektlər kimi dövlətə vergi verən müəssisədir. Bizdə əvvələr dəkazinolar olub, müəyyən səbəblərdən bağlanıb. Kazinoların hazırda olmamasıqumar oynanılmır anlamına gəlmir. Belədə insanlar digər ölkərə gedirlər. Məsələn,daha yaxın olan Tiflisə. Belədə dövlət olaraq bu pullardan məhrum oluruq.

İnsan qazandığı pulu hara xərcləmək məsələsində azaddır. Kazinolarınolması o demək deyil ki, cəmiyyət mənəviyyətını itirəcək. Dünyanın bir çoxyerində kazinolar fəaliyyət göstərir və həmin ölkələrin cəmiyyətini korlamır.Kazinolar qapalı məkanlardır, insanlar sadəcə əylənir, istirahət edir.

Ona görə də düşünürəm ki, turistləri cəlb etmək üçün kazinoları açabilərik.”

Yazıçı Şərif Ağayarsa qısaolaraq bütün azadlıqları dəstəklədiyini bildirir:



"Mən hər cür azadlıqların tərəfdarıyam. İllah da o, maddi qazanc gətirəcəksə,alqışlayıram.”

Şair Zahir Əzəmət kazinoları varlı əyləncəsi adlandırır. Belədə ölkəyəböyük pul kütləsi gələ bilər:


"Məncə ağıllı təklifdir. Ölkənin bəlli turizm bölgələrindəkazinoların açılması ölkəyə pul axınını əhəmiyyətli dərəcədə artıra bilər. Məsələn,İranla sərhəd zonada yerləşən rayonların birində kazinoların açılması çoxeffektiv olardı. Gürcüstanda da kazinolar var və ölkə bundan ciddi gəlir əldəedir. "Topaz" kimi yetim-yesiri müflis edən totalizatorlardansavarlıların hobbisi olan kazinoların olması daha uyğun olardı.”

İlahiyyatçı Elşad Miri kazinoların açılmasını xalq üçün pis ənəninbaşlanğıcı ola biləcəyini söyləyir.:


"Turizmin inkişafı Azərbaycan üçün faydalıdır. Müxtəliflikdir, zənginlikdir. Eyni zamandadüşünmək lazımdır ki, ərəb turistlərini bura gətirən hansı turizmdir. Sonradanbiz onları da itirə bilərik. Turizm naminə çox şeyi, dəyərləri qurban verməkolmaz. Biz kazinoları açmaqla xalqımızçün pis ənənəni yaratmış oluruq. Bu cürharam, eynilə topaz kimi qumar fəaliyyətlərinin nəticəsinin necə acınacaqlıolduğunu sonradan görmüş oluruq.”

Emin Piri