Azərbaycanda itirilmiş 350 sənəd tapılıb
"Azərpoçt" MMC "Poçtap" xidməti çərçivəsində itirilmiş sənədlərin operativ çatdırılmasını təmin edib.
Adalet.az Trend-ə istinadən xəbər verir ki, itirilmiş sənədlərin çatdırılması "Azerexpresspost" ekspress xidməti ilə həyata keçirilir. Xidmət çatdırılmanı bütün ölkə, o cümlədən Naxçıvan Muxtar Respublikasına qısa zaman ərzində həyata keçirir.
"Poçtap" layihəsi memoranduma əsasən, Bakı şəhər Baş Polis İdarəsi, "Bakımetropoliten" QSC, "Təmiz Şəhər" ASC və "BakuBus" MMC ilə birgə həyata keçirilir.
Mənbə bildirib: ""Poçtap" servisi bu ilin fevralında işə başlayıb və bu günədək sistemdə 350 itirilmiş sənəd qeydə alınıb. Onlardan 92-i sahiblərinə qaytarılıb. İtirilmiş sənədlər arasında böyük əksəriyyəri şəxsiyyət vəsiqələri təşkil edir".
İtirilmiş sənədlər "Poçtap" sistemində 30 gün müddətində qala bilər. Daha sonra onlar müvafiq strukturlara təhvil verilməlidir.
Mənbənin sözlərinə görə, bu günədək 203 sənəd strukturlara təhvil verilib: "Hazırda "Azərpoçt"un şöbə və filiallarında 55 itirilmiş sənəd var".
Digər Xəbərlər
05 May 2024 17:29
Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03