adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Aprel 2014 11:38
5999
MƏMLƏKƏT

Azərbaycanda “İnternet Günü” olsun - Təklif

"Yeni Media Jurnalistləri” İctimai Birliyi 23avqust tarixini Azərbaycanda "İnternet Günü”elan edilməsi ilə bağlı təşəbbüslə çıxış edib.

Adalet.az xəbər verir ki, bu barədətəşkilatın sədri Xaqani Səfəroğlu bildirib. Onun sözlərinə görə, 23 avqust1993-cü ildə beynəlxalq internet məkanında Azərbaycanın milli domeni olan ".az”domeni istifadəyə verilib. Məhz bu gün müstəqil Azərbaycanın beynəlxalqşəbəkəyə daxil olması baxımından əlamətdardır. YMJ-nin sədrinin sözlərinə görə,ölkədə internet texnologiyalarının vüsəti və yeni medianın təşəkkülü belə birgünün qeyd olunmasını şərtləndirir. Təqvimdə belə bir günün olması eyni zamandaprezidenti İlham Əliyevin aprelin 2-də imzaladığı "AzərbaycanRespublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illərüçün Milli Strategiya"sının da prioritetlərinə öz töhfələrini verəcək.

"Biz bu təkliflə Mətbuat Şurasına müraciətedəcəyik. Mətbuat Şurası tərəfindən 2014-cü il "İnternet media” ili elanolunub. Azərbaycanda belə bir günün qeyd olunması yaxşı olardı. İldə bir dəfəinternet məkanında çalışanlar bir araya gəlib öz uğurlarını, problemlərini vəəməkdaşlıq perspektivlərini müzakirə edə bilərlər.”-deyə X.Səfəroğluvurğulayıb. YMJ bununla bağlı təkliflərini yaxın zamanda Mətbuat Şurasınatəqdim edəcək.