Azərbaycanda inflyasiya 3 faizdən aşağı düşüb
2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak mallarının qiyməti və xidmət tarifləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artıb.
Adalet.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Bu müddət ərzində ərzaq məhsullarının qiyməti 2,8 faiz, qeyri-ərzaq məhsulları 3,4 faiz, ödənişli xidmətlərin qiyməti 2,3 faiz artıb.
Bir ay ərzində isə ərzaq məhsulları 1,5 faiz azalıb, qeyri-ərzaq məhsulları və ödənişli xidmətlərin qiyməti 0,1 faiz artıb.
Qeyd edək ki, Azərbaycanda inflyasiya bu ilin yanvar-iyun aylarında 3 faiz olub, 2017-ci ildə isə 12,9 faiz təşkil etmişdi.
Digər Xəbərlər
29 Aprel 2024 18:17
“PashaPay” - fintex dünyasında ikiillik innovasiya
29 Aprel 2024 17:06Mikayıl Cabbarov Əbdülhəmid Əlxəlifə ilə görüşüb - FOTO
29 Aprel 2024 10:53"Bu, satınalmalarla bağlı yeni qaydaların tətbiqilə bağlıdır" - Deputat
29 Aprel 2024 10:24Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VİDEO
29 Aprel 2024 09:52