adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Iyun 2019 17:41
23334
ƏDƏBİYYAT

Azərbaycanda ilk qadın maarifçi xanımların fəaliyyəti

XX əsrin əvvəlləri Azərbaycan milli mətbuatında qadınların öz hüquqlarıuğrunda mübarizə aparmağa başladığı dövrdür. Bu dövrdə əsas rol oynamışmaarifçi xanımlar Avropa ölkələrində dünyəvi təhsil almış qadınlar idi. İlkqadın xeyriyyəçilik-qəyyumluq ittifaqını istedadlı pedaqoqlar Məryəm Bayraməlibəyovavə Rəfiqə Əzimzadə təşkil edə bildilər. 1905-ci ildə Bakıda Əminə xanımBatrişina əmək fəaliyyətinə başladı. O, Rusiya müsəlman qadınları arasında ilkdiplom əldə edən həkim idi. 1908-ci ildə Sona xanım Rəhimova-Vəlixan Peterbuqdaqadın tibb institutunu bitirən ilk azərbaycanlı qadın kimi tarixdə qaldı.

Bakının 14 müsəlman qadın fəalları 1908-ci il oktyabrın 26-da Rübabəxanım Qasımovanın mənzilində toplanaraq "Nicat" maarif cəmiyyətininqadın şöbəsini açmaq barədə qərar qəbul etmişdilər. Hənifə xanım Məlikova,Rübabə xanım Qasımova, Xədicə xanım Əlibəyova, Əminə xanım Əfəndiyeva, Şərqiyyəxanım Axundova, Səkinə xanım Axundova, Səltənət xanım Əmircanova, Rəhilə xanımHacıbababəyova, Qəribsultan xanım Xanlarova və Ayşə xanım Hacıqasımova idi. Təhsilalmaq istəyən müsəlman qızlara kömək etmək xanımların əsas məramı idi.

XIX əsrin 70-ci illərindən yaranmış olan Azərbaycan milli mətbuatısonrakı dövr ərzində inkişaf etmiş və milli mətbuat xalqın ictimai-siyasi, mədəni-ideolojihəyatının mühüm tərkib hissəsi olmaqda davam etmişdi. Xüsusilə XX əsrin əvvəllərindən,ictimai şüurun inkişafı nəticəsində qadın mətbuatının yaranması, qadın sözazadlığına şərait yaradılması üçün ictimai proseslər inkişaf etmişdi.

"İşıq jurnalı"nın ilk sayı 1911-ci il yanvarın 22-də nəşrolunmuşdu.Bu mətbu orqanın davamlı nəşri 1912-ci ilin sonuna kimi davametmişdi. Ümumi olaraq 68 çap sayı işıq üzü görməsinə baxmayaraq, bu maarifçijurnal Azərbaycan xalqı içərisində ziyalı qadınların rolunun artmasına və qadınhüquqlarını təbliğ edən maarifçi yazıları ilə mətbuat tariximizdə ilk qadınjurnalı, maarifçi mətbuat orqanı kimi tarixin səhifələrində qalmışdır. "İşıq"həftədə bir dəfə, şənbə günü nəşr olunan elmi-pedaqoji, ədəbi, təbabət vəevdarlığa dair qadın məcmuəsi idi. Burada uşaq tərbiyəsi, ədəbiyyat, təbabət vəevdarlıqla yanaşı, hüquqa, mədəniyyətə, şəriət qaydalarına, dünya xəbərlərinəaid müxtəlif guşələr olub. Qadınlar üçün olan bu ilk jurnalın nəşrinin maddi dəstəkçisiHacı Zeynalabdin Tağıyev, onun məsul katibi isə Sona xanım olmuşdur. 1911-ci ilnəşrləri Haşım Bəy Vəzirovun "Səda" mətbəəsində çap olunmuşdu.Bakı şəhərpolis idarəsinin mətbəəsində 1912-ci ilə aid olan sayıları çıxmağa başlamışdı.Qəzetin yaradıcısı olan Xədicə Ələddin qızı Əlibəyova Azərbaycanın ziyalıqadınlarından biri olmuşdur. O, 1884-cü ildə Tiflisdə ruhani ailəsində anadanolmuşdur.İlk təhsilini rus qız gimnaziyasında almışdı. Daha sonra Cənubi QafqazOlginskaya Mamalıq İnstitunda oxumuşdur. Xədicə xanım hüquqşünas Mustafa bəyƏlibəyovla ailə qurmuşdu.1920-ci ildə Şəkiyə köçmuşlər, orada ixtisası üzrə həkim-ginekoloqvəzifəsində çalışmışdır. 1947-ci ildə Bakıya qayıtmış. "Kaspi" qəzetibu hadisənin səhəri günü yazırdı: "Dünən Bakıda Xədicə xanım Əlibəyovanınredaktorluğu ilə həftədə bir dəfə çıxan "İşıq" qəzetinin ilk nömrəsitatar dilində (Azərbaycan dili) çapdan çıxıb. Bumaarifçi qəzet müsəlman qadın və uşaqların tərbiyəsinə xidmət edən birorqandır. Qəzet ilk sayında məram və məqsədini açıqlayaraq xalqa müraciətləyazırdı: "Qəzetin qarşısında duran əsas məqsəd vacib olan maarifləndirmə yoluilə ümumi inkişafa çatmaqdır. Qəzetin elm, ədəbiyyat, təbabət və hüquqa dair, əsasənevdarlıq və uşaqların təlim-tərbiyəsi bölmələri olacaqdır. Bundan əlavə, qəzetbütün həyati məsələlərə öz münasibətini bildirəcəkdir”.

Xədicə Ələddin qızı Əlibəyova 1884-cü ildə Tiflisdə anadan olub.AtasıTiflisin hörmətli ziyalılarından biri idi və qızının təlim-tərbiyəsi iləyaxından məşğul olmuşdu.Xədicə Tiflis Qızlar Gimnaziyasını bitirdikdən sonratibb sahəsində ali təhsil alır.Hüquqşünas, ictimai xadim, publisist Mustafa BəyƏlibəyov ilə (1872-1942) ailə həyatı qurur. Bundan sonra o, ictimai və mədəni həyatdadaha fəal iştirak edirdi. Xədicə xanım Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin,Mustafa bəy isə "Yaşıl qələm"in, "Hidayət" xeyriyyə cəmiyyətininkatibi, həmçinin "Möhtaclara kömək" cəmiyyətinin, "Əhrar"partiyasının üzvü olmuşdu. "İşıq"ın redaktoru X.Əlibəyova qəzetdə"Vəzayefe-beytiye" başlığı altında məqalələr verirdi. Ailə-məişətmövzusunda yazılmış bu materiallar qəzetin əksər nömrələrində dərc olunmuşdur."Təbabətə dair" bölməsindəki materialları çox zaman Xədicə xanım özüvə həkim Əminə xanım Batrişina yazırdı.

Qəzet bir tərəfdən mədəni tərəqqi və elm öyrənməyin əhəmiyyətindən bəhsedir, digər tərəfdən çadranı təbliğ edərək örtülülüyə haqq qazandırır, din məsələlərini,müsəlmançılığı üstün tuturdu.

Ziyalı qadınlardan pedaqoq Nabat Nərimanova, həkim Əminə xanımBatrişina, Həlimə xatun Axundova, Xuraman Rəhimbəyzadə, onun anası AsyaAxundova, Maral Nəbizadə, Səidə Şeyxzadə, Gövhər Şövqiyyə və başqa maarifpərvərqadınlar qəzetə tez-tez məqalələr, şeirlər göndərir və qadınların hüquqsuz həyatındatənqidlər yazmışlar. Bu maarifçi, ziyalı qadınlar qəzetin nəşr olunmasındaböyük ruh yüksəkliyi ilə birləşmişdilər. X.Əlibəyovanın"Hüquqlarımız" sərlövhəli məqalələrində qadınların hüquq bərabərliyi,onları maarif və mədəniyyətə, ictimai həyatda iştiraka çağırış, qadınklublarının, bilik kurslarının açılması, uşaqların tərbiyəsi, məişət məsələlərivə başqa mövzular ətrafında elmi maarifçi yazılar dərc olunurdu. Görkəmli ədibvə ziyalılardan M.Hadi, Y.V.Çəmənzəminli, B.Şahtaxtinski, İ.Məlikov ilk qadın mətbuatınınyaradılması münasibətilə təbrik məktubları yazmışdılar.

"İşıq" qəzetinin "Təlimi-nisvan" bölməsində verilənmateriallar da maarifçilik problemlərini xüsusi olaraq göstərirdi.Bu yazılardadoğru olaraq göstərilirdi ki, övladın tərbiyəsi valdeynin tərbiyəsi iləbağlıdır. Müsəlman qız məktəbinin türk dili müəllimi N.Nərimanova ananın öhdəsinədüşən vəzifələrin validəlik, mürəbbiyəlik, rəfiqəlik və vərəsəlikdən ibarətolduğunu qeyd edirdi.

Həlimə Axundova publisistik məqalələrində maarifçilik ideyalarını təbliğedirdi və "Müsəlman qadınlarının hüquqları" məqaləsində xanımlaraxitabən yazırdı: "Acınacaqlı həyatımız olmaması üçün biz oxumalı,oxutmalı, tərbiyə almalı və tərbiyələndirməliyik. Əgər biz insanıqsa, ondabizimlə insan kimi rəftar etmək lazımdır. Bizə bilik lazımdır"."Qadın millətin anasıdır" məqaləsində o, qadınları onların oxumasınıqadadğan edən mürtəce din xadimlərinin hədələrindən qorxmamağa çağırırdı. "İndibaşqa zəmanədir.Bütün millətlər tərəqqiyə doğru gedir, elm və maarif zəminindəçalışırlar.Mollaların sözlərinə inanmayın.Onlarbizə mane olurlar". Maarifçilik ideyasından jurnal tədricən qadın həmrəyliyivə birliyinin təbliğatına keçdi. Münəvvər Əlixanova "Bacılarıma birinci məktub"məqaləsində yazırdı: "Biz bilməliyik ki, tək adam heç nə edə bilməz, həryerdə, hər işdə böyük rolu birlik, ittifaq oynayır".

Gəncəli Müəlliflər sübut etməyə çalışırdılar ki, oxumaq, elm, təhsilalmaq nəinki kişilərə, bəlkə onlardan daha çox qadınlara lazımdır. Çünki onlarxalqın gələcəyi olan uşağın tərbiyəsində əsas rol oynayırlar. Şamaxı qız məktəbininmüəllimi Gövhər Şövqiyyə yazırdı ki, biz bu yaşadığımız XX əsrdə hüquqlardan məhrumuqvə cəhalətdən qurtula bilmirik.Millətlərin inkişafı kişilərin tərəqqisi ilədeyil, qadınların tərəqqisi ilə ölçülür. Ona görə də təlim-tərbiyə ocaqlarınınsayını artırıb, qızları məktəbə cəlb etməliyik.

Redaktor X.Əlibəyovanın qəzetdə "Vəzayefe-beytiyye" başlığıaltında məqalələri çap olunurdu.Ailə-məişət mövzusunda yazılmış bu materiallarqəzetin əksər nömrələrində dərc olunmuşdur. "Təbabətə dair" bölməsindəkimateriallar çox zaman Xədicə xanım özü və həkim Əminə xanım Batrişina tərəfindənyazılırdı. Təlim-tərbiyəyə dair yazılarında Xədicə xanım uşağın tərbiyəsində üçdövrü əsas götürürdü: I- uşağın doğulandan 6-7 yaşına kimi olan dövr, II tərbiyədövrü, III gənclik dövrü. X.Əlibəyovanın fikrincə, qızlara verilən tərbiyə anadili, şəriət və evdarlıq işlərini öyrənib bilməkdə ibarət olmalıdır.

Tədqiqatçı görkəmli maarifçi olmuş Rəqibə Məmmədova araşdırmasında yazırki, qəzetin bağlanma təhlükəsini hiss edən redaktor X.Əlibəyova nəşrin birilliknömrəsini çar II Nikolayın xanımı Aleksandra Fyodorovnaya göndərmək üçün ərizəyazır və ondan icazə istəyir. İmperatriça Xədicə xanımın xahişini razılıqlaqarşılayır. Göründüyü kim, X.Əlibəyova milli mətbuatımızın ilk qadın mətbuorqanının azərbaycanlı qadınların həyatındakı əhəmiyyətli rolunu dəyərləndirərəkonun davamlı nəşri üçün əlindən gələni edib.Bütün bunlara baxmayaraq"İşiq" qəzeti cəmi bir il nəşr olunub. 1912-ci il qəzetin nəşridayandırıldıqdan sonra Xədicə xanım Şəkiyə köçür həkimlik fəaliyyətini davametdirir. Eyni zamanda Şəkidə savad kurslarının, qadın klubunun təşkilinə dəstəkolur.

"İşıq" qəzetinin əsas tədqiqatçılarından olan AmaliyaQasımovanın sözlərinə görə, sovet hakimiyyəti illərində "İşıq" qəzetiAzərbaycanda qadın mətbuatının bayraqdarı kimi tarixdə öz yerini tuta bilməyib:Həmin illərdə bu qəzet burjua mətbuatı kimi qiymətləndirilərək tədqiqatlardan kənardaqalıb. Amma bu gün cəsarətlə deyə bilərik ki, Azərbaycanda müstəqillik illərindərus dilində nəşrə başlamış "Mir jenşini" qəzetini nəzərə almasaq,"İşıq" son yüz ildə ölkəmizdə ana dilində nəşr olunmuş yeganə qadın qəzetidir.

Maarifçi xanımlardan olan Rəhilə Hacıbababəyova valdeynlərini itirmişuşaqlara, yoxsul ailələrə yardım etmək məqsədilə 1914-cü il noyabrın 21-də BakıMüsəlman Qadın Xeyriyyə Cəmiyyətini təsis etmişdi. M.S.Tağıyeva cəmiyyətin idarəheyətinin sədri, Rəhilə Hacıbababəyova sədrin müavini, Əminə Ağayeva katib, PəriTopçubaşova xəzinədar seçilmişdilər. Cəmiyyət xəstə və yaralı əsgərlərə, yetimvə yoxsul uşaqlara yardım göstərir, tez-tez müxtəlif tədbirlər keçirirdi. CəmiyyətBirinci dünya müharibəsində əsir düşmüş yaralı türk əsgərlərinə də yardım göstərmişdir.1917-ci ilin oktyabrında Liza xanım Muxtarovanın sədrlik etdiyi Bakı müsəlmanxeyriyyə cəmiyyəti yoxsul qızlar üçün peşə məktəbi açmışdı. Məktəbdə 4 ümumtəhsilsinif və 6 peşə bölməsi fəaliyyət göstərirdi. Türk dili, hesab, əl işi, biçmə vətikiş üzrə dərslər keçilirdi 1918-ci il mart qırğınları zamanı məktəb fəaliyyətinidayandırmışdı. 1919-cu ilin əvvəllərində cəmiyyət məktəbin işini yenidən bərpaetmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti məktəbin səmərəli işləməsi üçüncəmiyyətə 30 min manat vəsait ayırmışdı. Məktəb azərbaycanlı qızlarınsavadlanmasında, onlara milli-mənəvi dəyərlərin aşılanmasında, ailədə və cəmiyyətdəöz hüquqlarını anlamasında böyük rol oynamışdır. Aprel işğalından (1920) sonrasonra cəmiyyət fəaliyyətini dayandırmışdı.

İstifadə olunmuş mənbələr:

1.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası iki cilddə, I cild, Bakı,2004

2.AXC (1918-1920) Parlament stenoqrafik hesabatlar , s.55-56, Bakı,1998

3.Ayna, 2011. 29 yanvar, s.19

4.Qasımova,A. "XX əsrin əvvəllərində Şimali Azərbaycan mətbuatındaqadın problemləri (1901-1917), s.14 , Bakı ,

5.Hüseynova D.S.Azərbaycan Ziyalıları XIX əsrin sonu-XX əsrin əvvəllərində.Tarixelmləri doktorluq dissertasiyasının avtoreferatı.Bakı, 1993, səh.12.

6.Q.Amaliya ,Zülmətdə işıq. Bakı.2000 , səh.128

7."İşıq", 47, 1911, 12 fevral, 4

8.Mədəniyyət. 2017, 1 fevral, No. 8 (1396)

Selcan Məmmədzadə