Azərbaycanda İkinci Dünya Müharibəsinin 763 nəfər iştirakçısı qalıb
Son rəsmi məlumatlara görə, hazırda Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının sayı 763 nəfərdir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, onlardan hazırda 431 nəfəri müharibə əlili kimi, 332 nəfəri isə müharibə iştirakçısı kimi Prezident təqaüdü alır.
Həmçinin, İkinci Dünya Müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə də aylıq 110 manat məbləğində olmaqla Azərbaycan Prezidentinin təqaüdləri verilir.
Rəsmi məlumata görə, bu sosial təminat növü ilə bərabər, İkinci Dünya Müharibəsi əlilləri və iştirakçıları əmək pensiyaları ilə təmin olunurlar və onların yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb.
İkinci Dünya Müharibəsində 600 minədək Azərbaycan vətəndaşı iştirak edib. Onlardan yarıdan çoxu həlak olub.
Digər Xəbərlər
02 May 2024 10:13
İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA
01 May 2024 09:46Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44