Azərbaycanda həbs edilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verildi
Tacikistan Respublikasının hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.
Adalet.az xəbər verir ki, dələduzluqda təqsirli bilinərək dövlətlərarası axtarışa verilmiş 13.01.1992-ci il təvəllüdlü, Tacikistan Respublikasının vətəndaşı Mukhammadnido Nazarmukhammadzodanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.
Mukhammadnido Nazarmukhammadzoda 2025-ci ildə ölkəmizdə müəyyən edilərək həbs edilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.
Digər Xəbərlər
04 Mart 2026 19:00
Müayinə olunmaq üçün getdiyi klinikada həkimin pulunu oğurladı
04 Mart 2026 17:39
Abşeronda bir gecədə dörd evi taladılar
04 Mart 2026 11:02
Qanunsuz saxlanılan 5 avtomat, 23 tüfəng tapıldı
04 Mart 2026 10:56
Beynəlxalq axtarışda olan daha 2 nəfər Azərbaycana gətirildi
04 Mart 2026 10:50
"TikTok"dakı qeyri-etik paylaşımlara görə həbs edildilər
04 Mart 2026 10:38
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
03 Mart 2026 17:03
Ağır xəstəlikdən əziyyət çəkən azyaşlıya toplanan pulu oğurladı - VİDEO
03 Mart 2026 13:39


Bakı -°C

