Azərbaycanda donuzlarla bağlı geniş monitorinq keçiriləcək
AQTA Azərbaycanda donuz təsərrüfatlarında monitorinqlərə başlayır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Adalet.az-a verilən məlumata görə, avqustun 10-dan 14-dək ölkənin bir sıra şəhər və rayonlarında donuzlarla bağlı epizootoloji araşdırmalar aparılacaq.
Bildirilib ki, yoxlamalar təsadüfi seçim əsasında müəyyən edilən ərazilərdə, eləcə də fərdi və fermer təsərrüfatlarında həyata keçiriləcək.
Monitorinq çərçivəsində heyvanların saxlanma şəraiti və ümumi vəziyyəti qiymətləndiriləcək, laborator müayinələr üçün nümunələr götürüləcək. Həmçinin təsərrüfat sahiblərinə baytarlıq qaydalarına riayət olunması ilə bağlı maarifləndirici məlumatlar veriləcək.
AQTA qeyd edib ki, tədbirlərin əsas məqsədi Azərbaycanda donuzların Afrika taunu xəstəliyindən azad statusunun qorunması və ölkədə epizootoloji vəziyyətin öyrənilməsidir.
Aparılan monitorinqlərin nəticələri barədə müvafiq məlumatların Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilməsi nəzərdə tutulur.
Digər Xəbərlər
05 Avqust 2026 19:15
Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?
05 Avqust 2026 18:34
Hazırda Bakının bütün küçə və prospektlərində təmir gedir - VİDEO
05 Avqust 2026 14:48
İpoteka Fondundan yeni mənzillər - Seçim tarixi açıqlandı
05 Avqust 2026 13:48


Bakı -°C

