Azərbaycanda daha 3 nəfər COVID-19-a yoluxdu - 2 nəfər vəfat etdi
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 792 735 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 978 nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib, aktiv xəstə sayı 45 nəfərdir.
Ölkədə son sutka ərzində 2 692, hazırkı dövrədək isə 6 883 123 test aparılıb.
Digər Xəbərlər
25 Noyabr 2026 09:53
Qazinin 30 il aldığı müavinət niyə dayandırılıb? - VİDEO
24 Noyabr 2026 08:37
Həkimə getməzdən əvvəl bunları etməyin: analizlərin nəticəsini dəyişə bilən səhvlər
24 Noyabr 2026 07:51
Tənhalıq demensiya riskini artırır
23 Noyabr 2026 17:54


Bakı -°C

