Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 588 nəfər sağaldı, 5 nəfər öldü
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 32 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.
Digər Xəbərlər
02 May 2024 10:15
Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15Həftəsonu yuxusu depressiyanı azaldır
27 Aprel 2024 09:19