adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 May 2017 10:00
5018
MƏMLƏKƏT

Azərbaycanda bu şəxslərin maaşı artıb

2017-ci ilin aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artaraq 514,3 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, tikinti, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.