Azərbaycanda bu obyektlər təhlükəli hesab ediləcək
Azərbaycanda təhlükə potensiallı obyektlər vahid dövlət reyestrində qeydiyyata alınacaq.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Eyni zamanda layihəyə əsasən, əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab ediləcək.
Qüvvədə olan qanuna əsasən, əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Digər Xəbərlər
13 Mart 2026 17:46
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13 Mart 2026 13:59
Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb
13 Mart 2026 12:55
Azərbaycan bu xəstəlikdən azad ölkə statusu aldı
13 Mart 2026 12:19
Bakıda sökülən bu evlərə fərqli kompensasiya verilməsi təklif olunur
13 Mart 2026 11:57
İndiyə qədər azad olunmuş ərazilərin bərpasına 25,5 milyard manat ayrılıb
13 Mart 2026 11:12
Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır
12 Mart 2026 19:48
Polis həmişə olduğu kimi dövləti və xalqı qoruyur...
12 Mart 2026 13:31


Bakı -°C

